Çərşənbə, 07 Noyabr 2018 08:01

Mühafizəçilərlə tam maddi məsuliyyət barədə müqavilə bağlanmalıdır?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Müəssisədə bəzi vəzifələrdə çalişan işçilərlə maddi-məsuliyyət müqaviləsi baglayırıq, bir sualım var, mühafizəçilər üçün tam maddi məsuliyyət barədə müqavilə bağlanmalıdır?
Rəna Hüseynova

Cavab: Sualınız cavabı Əmək Məcəlləsinin 200-cü maddəsində axtarmalıyıq.

Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.
Maddədən aydın olur ki, maddı məsuliyyət daşıyan vəzifələri işəgötürən müəyyənləşdirir. Məsələyə praktiki yanaşaq.Təsərrüfat subyektində müxtəlif anbarlar, kassalar, maşınlar və ümumiyyətlə çoxlu maddi vəsaitlər ola bilər. Bunların hamısının cavabdeh şəxsləri var ki, onlarla fərdi olaraq maddi-məsuliyyət haqqında müqavilələr bağlanılır. Məsələyə dərindən yanaşmaq üçün ilkin olaraq gözətçilərin əmək funksiyalarına baxmaq lazımdır. Bəzi gözətçilər var ki, onlara ancaq obyektdə asayişi qorumaq həvalə edilir, maddı aktiv tapşırılmır. Bu halda belə mühafizəçi ilə maddi məsuliyyət müqaviləsinin bağlanmasına ehtiyac duymuram. Amma bəzi hallar var ki, axşam növbəsində axşam artıq mühafizəçilər obyektləri qoruyur və oğurluq, digər bu kimi hallar baş verdikdə birbaşa olmasa da dolayısı cavabdehlik daşıyırlar. Məsələn, anbar bağlanılır və qorunmaq üçün mühafizəçilər qəbul edir. Bu bu zamanı yaxşı olar ki, təhvil-qəbul məsələlərində diqqətli olunsun. Bütün hallarda mühafizəçinin əmək funksiyalarına uyğun addımlar atılmalıdır.

 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın