Cümə, 04 May 2018 05:59

Əmək şəraitin dəyişməsi ilə bağlı maraqlı sualın cavabı

Mks.az-in eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam, hər vaxtınız xeyirli olsun! İşlərin çoxluğu və digər səbəblərdən işçini plandankənar, qeyri-iş günləri işə çağırmaq zərurəti yaranır. Bu da öz növbəsində əmək şəraitinin şərtlərinin dəyişdirilməsi hesab olunur. Praktiki olaraq işçiyə 1 ay əvvəlcədən xəbərdarlıq etmək mümkün deyil. Bu hal necə tənzimlənməlidir ki, gələcəkdə hər hansı bir sanksiya ilə üz-üzə gəlməyək.

Ramin Hacı 

Cavab: Bu sualın cavabını Əmək Məcəlləsində axtarmalıyıq. Əmək şəraiti Məcəllənin 54-cü, əmək şəraitinin dəyişdirilməsi qaydaları isə 56-cı maddələri ilə tənzimlənir. Sizin qeyd etdiyiniz qeyri-iş günlərində işə cəlb olunma əmək şəraitinin dəyişdirilməsi deyil. Bu zaman işçiyə an azı ikiqat əmək haqqı və ya işə cəlb olunduğu günlərin əvəzi verilməlidir. Bir daha bildirirəm ki, bayram günlərində işə cəlb olunmaq əmək şəraitini dəyişdirilməsi hesab edilmir.

1 Şərh

  • Şərh bağlantısı Ramin Hacıyev Cümə, 04 May 2018 06:37 tərəfindən təqdim olunub Ramin Hacıyev

    İş və istirahət vaxtı məhz əmək şəraitinin şərtlərinə aiddir. ƏM-nin 43-cü maddəsində əmək müqaviləsinin məzmununda qeyd olunur bu barədə. İşçini istirahət vaxtı işə cəlb etmək əmək şəraitinin şərtlərinin dəyişdirilməsi sayılmır?

Şərh yazın