Çərşənbə axşamı, 10 Aprel 2018 05:36

Fərdi sahibkar olan şəxsə əmək haqqı və məzuniyyət hesablamaq olar?

Sualı mks.az eksperti Altay Cəfərov cavablandırır

Sual: Fiziki şəxs özünə əmək haqqı hesablayaraq ödəyə bilər? Bu zaman məzuniyyət hüququ necə hesablanılır?
Günel Məmmədova

Cavab: Sahibkarlıqla məşğul olan fərdi sahibkar həm də işəgötürən olduğundan, özü özündə əmək münasibətində olmur. Əmək münasibətləri işəgötürən və işçi arasında yaranır. Əmək haqqı və əmək məzuniyyəti əmək münasibətləriniin nəticəsi olaraq formalaşır. Odur ki, fiziki şəxs kimi fəaliyyət göstərən sahibkar işçi olmadığından əmək haqqı da hesablanıla bilməz və əmək məzuniyyəti verilə bilməz.

1 Şərh

  • Şərh bağlantısı Farida Naghiyeva Cümə axşamı, 26 Aprel 2018 11:52 tərəfindən təqdim olunub Farida Naghiyeva

    Salam,
    Mənim sualım 14 günlük iş rejimi ilə bağlıdır. İş vaxtının cəmlənmiş uşotu tədbiq edilirsə, və işçi gündə 12 saat ayda isə 14 gün işləyirsə bu zaman məzuniyyətin verilməsi necə tənzimlənir?

Şərh yazın