HR-ın intervüdə boşanma ilə bağlı sualı verməsi halına DƏSTƏK və SƏRT TƏPKİ

HR-ın intervüdə boşanma ilə bağlı sualı verməsi halına DƏSTƏK və SƏRT TƏPKİ

Məlumat verdiyimiz kimi, tanınmış HR mütəxəssis Elnarə Mahmudova linkedin səhifəsindəki statusunda bildirmişdi ki, işə qəbulla bağlı intervyü zamanı namizədə boşanma ilə bağlı sualların verilməsi HR tərəfindən qeyri-etik sayılmamalıdır. Qeyd edilən məsələ bağlı HR mütəxəssislərin münasibətləri fərqli olduğundan, maraqlı yanaşmaları oxucularımla paylaşmağa qərar verdik. 

Məşhur dövlət orqanının insan resursları idarəsində çalışan, peşəkar mütəxəssis Kamran Məmişov müəyyən məsələrdə Elnarə xanım mövqeyi ilə razılaşdığını bildirib: "HR mütəxəssisinin namizədlə bağlı bütün informasiyanı əldə etmək bacarığı olmalıdır. Bunu namizədin özündən, təqdim etdiyi sənədlərdən, onun köhnə iş yerindən, yaşadığı yerdən və s əldə edə bilər. Bir şərtlə ki, bu işçinin narazılığına səbəb olmasın. HR mütəxəssisi işçi alıcısıdır. Heç kim keyfiyətsiz alış etmək istəməz. Amma unutmaq olmaz ki qarşındakı insandır və hissləri var."
Kamran müəllimdən fərqli olaraq, xarıcdə İnsan Resursları üzrə təhsili almış, tanınmış HR mütəxəssisi, təlimçi Nazim Əliyev isə bu məsələyə daha sərt təpki verib: "Müsahibələrdə bu kimi sual vermək nəinki İngiltərə qanunvericiliyi özünü ümumbəşəri dövlət adlandıran bütün ölkələrin o cümlədən Azərbaycanın qanunlarına görə hüquqi məsuliyyət yaradır. Bu insanların əsas haqlarını pozur bu misalda cinsi ayrı seckilikdən söhbət gedə bilər. HR dan xəbəri olmayan adamların HR adlandirilmalari bundan artıq nəticə verə bilməz."

 “Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər