Cümə axşamı, 16 Sentyabr 2021 07:14

Xidməti yazı tərtib olunduqda hansı məqamlara diqqət yetirilməlidir? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Xidməti yazı işçi tərəfindən öz rəhbərinə ünvanlanmış məlumat-arayış, izahat xarakterli sənəd növüdür. Bu sənəd növü özündə hansısa əmri, göstərişi ehtiva etməsə də, onun əsasında təşkilatın rəhbəri tərəfindən əmr, qərar, sərəncam hazırlana bilər. Xidməti yazı adlı sənədə müvafiq standartlarda və normativ hüquqi aktlarda rast gəlinməsə belə, müəssisədaxili sənəd dövriyyəsində xüsusi yeri olan və idarəetmənin operativliyini və səmərəliliyini yüksəldən sənəd növüdür. Xidməti yazı imkan verir ki, ən qısa müddətdə baş vermiş problem barədə rəhbərlik məlumatlandırılsın. Bu sənədin tərtib edilməsi həm də onun sübutudur ki, iş prosesində problemi aşkara çıxaran işçi situasiyanı başlı-başına buraxmayıb, özü öhdəsindən gələ bilmədiyi problemin aradan qaldırılması üçün rəhbərliyi operativ şəkildə məlumatlandırıb.

Xidməti yazı formaca sərbəst olsa da, bu sənəd növündə aşağıdakı rekvizitlərin olması vacibdir:

-              Sənədin sağ, yuxarı küncündə müraciət ünvanlanan rəhbər şəxsin vəzifəsi və adı, soyadı, eyni zamanda, xidməti yazını tərtib edənin vəzifəsi və adı, soyadı göstərilməlidir;

-              Sənədin adı (Xidməti yazı) yazılmalıdır;

-              Sənədin başlığı olmalıdır;

-              Sənəddə əvvəlcə mövcud situasiya, sonra isə konkret təklif və ya xahiş qeyd olunmalıdır;

-              Sənədin sonunda onu tərtib edənin vəzifəsi adı, soyadı, imzası və tarix yazılmalıdır.

 

Xidməti yazılar məzmun etibarilə məruzə (hesabat), izahat və məlumat xarakterli ola bilər. Növbəti səhifədə xidməti yazı ilə bağlı bir nümunə təqdim edirik.  Kitabın praktiki fəaliyyətlə bağlı bütün bölmələrində müxtəlif məzmunlu və təyinatlı xidməti yazı nümünələri verilib.

------------------------------------------------------------------------------------

Nümunə:

                “Alov” MMC-nin direktoru

 Nüsrət Nəbiliyə

Satış şöbəsinin müdiri

İmran Hüseynov tərəfindən

 

Xidməti yazı

 

Mükafatlandırma haqqında

 

Xahiş edirəm satış şöbəsinin əməkdaşı Nuriyeva Nazilənin 2020-ci ilin oktyabr-noyabr aylarında müştəri bazasını 30 ticarət nöqtəsindən 50-yə çatdırmasını və satışın həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artırmasını nəzərə alaraq onun 300 (üç yüz) manat məbləğində mükafatlandırılmasına göstəriş verəsiniz.

 

Satış şöbəsinin müdiri ______________ İ. Hüseynov

01 dekabr 2020-ci il

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın