Cümə axşamı, 09 Sentyabr 2021 05:09

Fərdi əmək mübahisələrində ən diqqətçəkən məqam - iddia müddəti necə tənzimlənir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İşçilər fərdi əmək mübahisələrində ən çox yanlışlığa iddia müddətinin gözlənilməsi məsələsində yol verirlər.. İddia müddətinin ötməsi səbəbindən işəgötürənlər məhkəmədə işçinin iddiasını rahat şəkildə ləğv edirlər. Gəlin iddia müddətləri ilə bağlı Əmək Məcəlləsinin 296-cı, “Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə işçinin təkbaşına tətil etmək hüququ və qaydası” maddəsində nəzərdə tutulan vacib məqamlara diqqət yetirək.

Birinci məqam. İşçi birbaşa məhkəməyə müraciət edirsə, o zaman hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Mİsal. “A” MMC işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 30 oktyabr 2019-cu ildə işdən azad edib və əmək kitabçasını da həmin gün təqdim edib. İşçi bir çox müəssisələrə işə qəbul üçün müraciət etsə də, əmək müqaviləsinə xitam verilməsi səbəbinə görə onu işə qəbul etmirlər. İşçi 15 dekabr 2019-cu il tarixdə “A” MMC-ni məhkəməyə verir ki, onun əmək müqaviləsinə xitam verilməsini düzgün rəsmiləşdirməyib. Artıq işçi iddia müddətini ötürdüyü üçün, onun iddiasına baxılmayacaq.

İkinci məqam. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Mİsal. “A” MMC 31 oktyabr 2020-ci il tarixdə işçini işdən azad etsə də, əmək kitabçasının verilməsi 15 noyabr 2020-ci ildə həyata keçirilib. Bu zaman işçi 15 dekabr 2020-ci il tarixədək məhkəməyə müraciət etsə, iddia müddətini ötürmüş sayılmayacaq. İşdən azad olunma müddətindən bir aydan çox – 45 gün keçməsinə baxmayaraq, əmək kitabçasının verilməsi tarixi işçinin hüququnun pozulmasının aşkar edildiyi gün hesab edilir

….

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın