Çərşənbə, 08 Sentyabr 2021 10:37

Hansı hallarda verginin azadılmasına görə 50 faizlik maliyyə sanksiyası tətbiq edilmir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Mİsal 6.  Vergi ödəyicisində keçirilən səyyar vergi yoxlamasından sonra vergi ödəyicisi könüllü açıqlama edir ki, səyyar vergi yoxlaması zamanı aşkar edilməyən 2300 manat məbləğində azaldılan vergi məbləğini bərpa edir. Vergi Məcəlləsinin 72.5-2-ci maddəsinə əsasən, vergi ödəyicisi könüllü açıqlama etdiyi halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödənilir. O səbəbdən də vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilmir.

Mİsal 7. Vergi ödəyicisi 2019-cı ilin birinci rübü üzrə 2000 manat məbləğində sadələşdirilmiş vergi bəyan edib. 2020-ci ilin oktyabr ayında vergi ödəyicisi müəyyən edir ki, 2019-cu ilin birinci rübü üzrə sadələşdirilmiş vergi məbləği 2000 manat yox, 2800 manat olmalı imiş. Vergi ödəyicisi 2019-cı ilin birinci rübü üzrə dəqiqləşdirilmiş bəyannamə verməklə 800 manat məbləğində vergini bərpa edir. Bu zaman vergi ödəyicisi vergi məbləğini dəqiqləşdirilmiş bəyannamə ilə özü bəyan etdiyi üçün Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq dəqiqləşdirilən 800 manat məbləğində verginin 50 faizi miqdarında maliyyə sanksiyası hesablanmır, amma Vergi Məcəlləsini 59.1-ci maddəsinə uyğun faiz hesablanır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın