Cümə axşamı, 19 Avqust 2021 09:59

Altıgünlük iş həftəsində iş vaxtının müəyyənləşdirilməsi üçün 3 VACİB MƏQAM

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Altıgünlük iş həftəsində iş vaxtının müəyyənləşdirilməsinə gəlincə isə, Əmək Məcəlləsinin 90-cı maddəsinin üçüncü hissəsinə əsasən, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Maddədə diqqət ediləsi üç məqama diqqət yetirək.

Əmək Məcəlləsinə uyğun olaraq altıgünlük iş rejimin müəyyən olunması üçün müəyyən tələblər gözlənilməlidir:

Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz.

Mİsal 1. İşəgötürən qərar verir ki, işçi həftənin ilk beş gününü 7 saat, şənbə günü isə 5 saat işləsin. Göründüyü kimi, həftəlik iş norması 40 saat (7 saat x 5 iş günü+ 5 saat x 1 iş günü), gündəlik iş norması isə 7 saatdan çox olmadı.

Həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan çox ola bilməz.

Mİsal 2. İşəgötürən qərar verir ki, işçi həftənin beş iş günündə 6 saat, şənbə günündə isə 5 saat işləsin. Bu halda həftəlik iş norması 35 saat (6 saat x 5 iş günü+ 5 saat x 1 iş günü), gündəlik iş norması isə 6 saatdan yuxarı müəyyən edilmədi.

Həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Mİsal 3. İşəgötürən qərar verir ki, işçi həftənin altı iş günündə 4 saat işləsin. Bu halda həftəlik iş norması 24 saat (4 saat x 6 iş günü) olur və gündəlik iş norması da 6 saatdan yuxarı müəyyən edilmir.

Göründüyü kimi, işəgötürən altıgünlük iş həftəsində həftəlik iş normasına uyğun gündəlik iş saatları müəyyən etməlidir. Misal üçün, əmək qanunvericiliyi həftəlik iş saatı 36 saat olduğu halda işçinin gündəlik normal iş saatının 7 saat müəyyən edilməsinə icazə vermir.

Sonda bir məsələni qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin ikinci hissəsinə əsasən, atıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Maddədən göründüyü kimi, işəgötürən heç bir halda şənbə günü 6 saatdan çox iş vaxtı müəyyən edə bilməz.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın