Çərşənbə axşamı, 17 Avqust 2021 08:48

Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri necə tənzimlənməlidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 114-cü maddəsinin altıncı hissəsi də müzakirələrə səbəb olan məsələdir. Həmin hissəyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Maddədə diqqət yetiriləsi 3 məsələyə aydınlıq gətirək.

Birincisi, bəzi həmkarlarımız iddia edirlər ki, bayram günləri qədər məzuniyyətin müddətinin uzadılması Əmək Məcəlləsində konkret qeyd olunmadığı üçün həmin müddət sadəcə nəzərə alınmır. Yəni, işçiyə 30 təqvim günü məzuniyyət verildikdə, həmin dövrdə 5 gün bayrama düşsə də, işçi 30 gündən sonra işə qayıtmalıdır.

Amma Beynəlxalq Əmək Təşkilatının Konvensiyasının və Əmək Qanunvericiliyinin tələbi odur ki, işçinin 30 təqvim günü əsas məzuniyyəti varsa və həmin dövrə 5 bayram günü təsadüf edirsə, o zaman işçi məziniyyətdə olduğu dövr 35 təqvim günü (30 (məzuniyyət günü) + 5 (bayram günü)) olmalıdır.”

İkinci məsələ işçinin məzuniyyət dövrünə ümumxalq hüzn və ya səsvermə günü təsadüf etdiyi halda məzuniyyət günlərinin uzadılması ilə bağlıdır.

Məzuniyyət günlərinin artırılması ilə bağlı ən çox verilən suallardan biri də, həmin dövrə ümumxalq hüzn (20 yanvar) və ya səsvermə gününün təsadüf etməsidir. Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsində qeyd edilir ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Göründüyü kimi, əmək qanunvericiliyində ümumxalq hüzn və ya səsvermə günü ilə bağlı hər hansı qeyd yoxdur. O səbəbdən də məzuniyyət dövrünə bu günlər təsadüf etdiyi halda məzuniyyət günlərinin müddəti uzadılmaya bilər.

Bir məsələni də qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birlikdə izahat hazırlayıb. İzahatda Beynəlxalq Əmək Təşkilatının 132 saylı “Ödənişli məzuniyyətlər haqqında” konvensiyasına istinad olunub.

Həmin konvensiyada qeyd edilir ki, bayram və digər iş günləri hesab edilməyən qeyri-iş günləri məzuniyyət dövrünə daxil edilmir. O səbəbdən də, İzahatda məzuniyyət müddətinin ümumxalq hüzn günü qədər uzadılması da qeyd olunub. Amma bir məsələni qeyd edək  ki, həmin izahat Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmədiyinə görə normativ- hüquqi sənəd hesab olunmur.

Üçüncü məsələ məzuniyyət dövründə bayram günlərinin üst-üstə düşməsidir.

Təcrübədə rast gəlinən hallardan biri də, Qurban və Ramazan bayramlarının digər bayramlarla üst-üstə düşməsi halıdır. Misal üçün, iki günlük Qurban bayramının bir günü 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə eyni günə təsadüf etdiyi halda məzuniyyət günləri neçə gün artırılmalıdır? Bu kimi hallarda işçilər 3 bayram günündən istifadə etsələr də, qanunvericiliyin tələbinə əsasən məzuniyyət dövrü 2 gün artırılmalıdır.

Fikrimizcə, Qurban və Ramazan bayramlarının digər bayramlarla üst-üstə düşməsi məzuniyyət dövrünə təsadüf edərsə, məzuniyyət günlərinin sayının artırılması daha doğru olardı. Bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliyin aparılmasına ehtiyac var.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın