Cümə axşamı, 15 İyul 2021 04:51

İşçi 12 aydan az işlədikdə, məzuniyyət haqqı necə hesablanmalıdır? (3 MİSALLA İZAH)

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Maraqlıdır ki, işçi 12 aydan az işlədikdə, məzuniyyət haqqı necə hesablanmalıdır? Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Əmək qabiliyyətinin itirilməsi zamanı müavinətin hesablanması ilə bağlı Əsasnamədə qeyd edilir ki, işçinin hansı müddətdə işləməsindən asılı olmayaraq dövr olaraq 12 ay götürülür. Məzuniyyətlə bağlı əmək qanunvericiliyinin tələbi isə fərqlidir.

Mİsal 1.  1 mart 2021-ci il tarixdə işə qəbul olunan işçi 15 oktyabr 2021-ci il tarixdə işəgötürənə müraciət edir ki, 22 oktyabr 2021-ci il tarixdən 15 gün müddətinə əmək məzuniyyətinə çıxmaq istəyir. Deməli, işçinin işlədiyi tam ayların sayı 7 ay (01 mart – 30 sentyabr 2021-c il) olduğuna görə hesablama zamanı 7 ayın göstəriciləri əsas götürüləcək.

Bir məsələni qeyd edək ki, işçi işə qəbul olunduqdan sonra hər hansı səbəbdən 12 təqvim ayının hamısını işləməyibsə, hesablama zamanı yenə də 12 ay əsas götürülür.

Mİsal 2.  İşçi 1 sentyabr 2020-ci il tarixdə işə qəbul olunub. 2021-ci ilin iyul-avqust aylarında ödənişsiz məzuniyyətə çıxıb. 10 oktyabr 2021-ci il tarixdə əmək məzuniyyəti hüququndan istifadə etmək istəyir.

İşçinin əvvəlki 12 ayın 2 ayında ödənişsiz məzuniyyətlə əlaqədar olaraq əmək fəaliyyətinin olmamasına baxmayaraq məzuniyyət haqqı hesablanan zaman cəmi məbləğ 10 aya yox, 12 aya bölünəcək.

Mİsal 3. 10 fevral 2021-ci ildə işə qəbul olunan işçi 25 noyabr 2021-ci il tarixdə 15 günlük məzuniyyətə çıxır. İşçi 10 mart 2021-ci il tarixindən 10 günlük ödənişsiz məzuniyyətdə olub. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyəti haqqının hesablanması üçün 2020-ci ilin mart-oktyabr dövrü əsas götürüləcək. İşçi mart ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğu üçün hesablamada bu ayın əmək haqqı aşağı məbləğdə nəzərə alınacaq.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

1 Şərh

  • Şərh bağlantısı Ilkin Cümə axşamı, 22 İyul 2021 12:00 tərəfindən təqdim olunub Ilkin

    Salam. Onda "tam təqvim aylarına" dedikdə nə nəzərdə tutulur?

Şərh yazın