Təsisçilərin qərarı ilə direktorun məzuniyyətə göndərilməsi necə rəsmiləşdirilməlidir? (Nümunəvi forma)

Təsisçilərin qərarı ilə direktorun məzuniyyətə göndərilməsi necə rəsmiləşdirilməlidir? (Nümunəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabından seçmə

Protokolun nümunəvi forması

 

“Alov” MMC-nin təsisçilərinin

növbədənkənar ümumi yığıncağının

P R O T O K O L U №___

 

Bakı şəhəri                                                        “____” ________20___-ci il

 

Sədr: Quliyev K.C.

Katib: Sarıyev Q. U.

 

İştirak edirdilər:

“Alov” MMC-nin iştirakçıları (təsisçiləri):

  1. Quliyev Kazım Cavid oğlu
  2. Muradov Əli Qadir oğlu
  3. Sarıyev Qulu Umud oğlu

Təsisçilərin hamısı Ümumi yığıncaqda iştirak etdiyi üçün iclas qərar qəbul etmək üçün səlahiyyətlidir.

 

Ümumi yığıncağın gündəliyi:

.....

......

  1. Cəmiyyətin baş direktoru Nəbili Nüsrət Nadir oğluna 12 aprel 2018-12 aprel 2019-cu iş ili üçün 1 iyun 2019-cu ildən 30 iyun 2019-cu ilə kimi 30 təqvim günü müddətində əsas əmək məzuniyyəti təqdim edilməsi

 

.....

......

  1. Eşidildi:

Cəmiyyətin təsisçisi Quliyev Kazım Cavid oğlu direktora növbəti əmək məzuniyyətinin təqdim edilməsi ilə bağlı gündəlikdə duran məsələnin nizamnaməyə uyğun olduğunu bildirdi. Əlavə etdi ki, nizamnaməyə uyğun olaraq, direktor məzuniyyətdə, ezamiyyətdə olduqda onun səlahiyyətləri müvəqqəti olaraq direktorun maliyyə işləri üzrə müavini Əliyev İslam İmran oğluna həvalə olunmalıdır.

Quliyev Kazım təklif etdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq direktorun səlahiyyətlərinin icrası üçün direktorun maliyyə işləri üzrə müavininə tarif (vəzifə) maaşları arasındakı fərq ödənilsin.

Başqa çıxış və təklif olmadığından təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu.

Lehinə - 3 səs;

Əleyhinə- yoxdur;

Bitərəf – yoxdur.

 

  1. Qərara alındı:
  2. “Alov” MMC-nin direktoru Nəbili Nüsrət Nadir oğluna 12 aprel 2019-12 aprel 20120-ci iş ili üçün 1 iyun 2019-cu ildən 30 iyun 2019-cu ilə kimi 30 təqvim günü müddətində əsas əmək məzuniyyəti təqdim edilsin. Direktor məzuniyyətdə olduğu müddətdə onun səlahiyyətlərinin icrası tarif (vəzifə) maaşları arasındakı fərq ödənilməklə direktorun maliyyə məsələləri üzrə müavini Əliyev İslam İmran oğluna həvalə edilsin. Direktora məzuniyyətin təqdim edilməsi ilə bağlı əmri təsisçilər adından imzalamaq səlahiyyəti təsisçi Sarıyev Qulu Umud oğluna verilsin.

 

Sədr _________Quliyev K.C.

Katib _________ Sarıyev Q. U.

 

Protokolla tanış oldum:

Direktor __________Nəbili N.N.

Tarix: ________

 __________Əliyev İ.İ.

Tarix: ________

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər