Çərşənbə, 17 Fevral 2021 06:50

Əmək kitabçasına işçi ilə bağlı hansı məlumatlar daxil edilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” kitabının “Əmək kitabçasının doldurulması və düzəlişlərin edilməsi qaydası” bölməsindən seçmə

Əmək kitabçasının 3-cü bölməsi “İş haqqında məlumat” adlanır və 4 hissədən ibarətdir. Dörd halda işəgötürən əmək kitabçasının 3-cü bölməsinə müvafiq yazılış aparmağa borcludur:

- İşçinin əsas iş yerində işə götürülməsi;

- Əsas iş yerində bir işdən başqa işə keçirilməsi;

- Əvəzçilik üzrə məlumatların (işə qəbul və işdən azad olunma) əks etdirilməsi;

- Əsas iş yerində işdən azad edilməsi. 

Bu halların hər birini ayrılıqda, nümunələr üzərində nəzərdən keçirəcəyik. İşçinin işə qəbulu ilə bağlı əmək kitabçasına yazılışa keçməzdən əvvəl bəzi vacib məsələləri xatırladırıq:

q Əmək kitabçası diyircəkli və ya mürəkkəb qələmlə doldurulur;

q Sənədi yalnız mavi, qara və ya bənövşəyi rəngdə yazan qələmlə doldurmaq olar. Başqa rəngli qələmlə yazılış aparmaq qadağandır. Bu tələb sırf praktiki əhəmiyyətə malikdir, əmək kitabçasına edilmiş yazılışların işığın və rütubətin təsirindən itməməsi üçündür;

- Əmək kitabçasına qısaldılmış yazılış aparmağa yol verilmir. Məsələn, Əhmədova N.M. yox, Əhmədova Nazimə Mirzə qızı

- Əmək kitabçasında gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır;

- Qeydlər mümkün qədər aydın, konkret və səliqəli yazılmalıdır ki, asan oxunsun;

- Titul vərəqəsinə edilmiş düzəlişdən fərqli olaraq daxili səhifədə düzəliş edəndə səhv yazılışın üzərindən xətt çəkməyə icazə verilmir. Bu barədə bölmənin növbəti səhifələrində nümunələr təqdim edəcəyik.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 

Şərh yazın