Cümə axşamı, 26 Noyabr 2020 07:11

Nihad Əliyevin təqdimatında: Hansı halda işçi məzuniyyət dövrü xəstələndikdə müavinət hesablanır? (SIYAHI)

Tanınmış HR mütəxəssisi və peşəkar təlimçi Nihad Əliyev işçinin əmək qabiliyyətini itirilməsi halının məzuniyyət dövrünə təsadüf etdiyi halda müavinətin hesablanmasına aydınlıq gətirib: "Məzuniyyət növlərinə uyğun işçinin əmək qabiliyyəti itirilməsinə görə müavinət hesablanmasına aşağıdaı qaydada tənzimlənir:
  • Əmək məzuniyyəti dövrünə təsadüf edən xəstəlik vərəqəsi təqdim olunduqda - xəstəlik vərəqəsinə görə müavinət ödənilməlidir.
  • Təhsil məzuniyyəti dövrünə təsadüf edən xəstəlik vərəqəsi təqdim olunduqda- xəstəlik vərəqəsinə görə müavinət ödənilməlidir.
  • Yaradıcılıq məzuniyyəti dövrünə təsadüf edən xəstəlik vərəqəsi təqdim olunduqda - xəstəlik vərəqəsinə görə müavinət ödənilməlidir.
  • Ödənişsiz məzuniyyəti dövrünə təsadüf edən xəstəlik vərəqəsi təqdim olunduqda- xəstəlik vərəqəsinə görə müavinət ödənilmir.
  • Qismən ödənişli sosial məzuniyyət dövrünə təsadüf edən xəstəlik vərəqəsi təqdim olunduqda - xəstəlik vərəqəsinə görə müavinət ödənilmir."
 
 “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
 
 
 

Şərh yazın