İşdən çıxmaq üçün ərizə yazan işçi hansı halda ərizəni etibarsız hesab edə bilər? (4 hal üzrə izah)

İşdən çıxmaq üçün ərizə yazan işçi hansı halda ərizəni etibarsız hesab edə bilər? (4 hal üzrə izah)

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Əmək müqaviləsinə xitam qaydaları" bölməsindən seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, işçinin əmək müqaviləsininin ləğvi ilə bağlı ərizə verdikdən müəyyən müddət sonra fikrindən daşınmasıdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində bu məsələyə də aydınlıq gətirilib. Həmin maddədə qeyd edilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
Misal 1. İşçi 15 oktyabr 2019-cu il tarixdə işdən çıxmaq haqqında ərizə yazır. 29 oktyabr 2019-cu il tarixdə işçi işəgötürənə müraciət edərək bildirir ki, işdən çıxma ərizəsini geri götürmək istəyir. İşəgötürən bu müddət ərzində işçiyə onun yerinə yeni işçinin işə götürülməsi ilə bağlı hər hansı xəbərdarlıq etməyibsə, o halda işçinin ərizəsi etibarsız hesab edilir.

Misal 2. İşçi 10 oktyabr 2019-cu il tarixdə işdən çıxmaq haqqında ərizəni işəgötürənə təqdim edir. 29 oktyabr 2019-cu il tarixdə işçi ərizəsinin etibarsız elan olunması ilə bağlı işəgötürəni məlumatlandırır. İşçi işdənçıxma ərizəsini təqdim etdikdən sonra, işəgötürən işçinin əvəzinə yeni işçinin seçilməsi ilə bağlı prosedurları həyata keçirib, yeni işçinin işə qəbul olunması prosesini yekunlaşdırsa da, işçiyə hər hansı rəsmi xəbərdarlıq etməyib.İşəgötürən işçini rəsmi xəbərdarlıq etmədiyinə görə işdən çıxma ərizəsi etibarsız sayılmalıdır.
Misal 3. İşçi 08 oktyabr 2019-cu il tarixdə işdənçıxma haqqında ərizəsi ilə işəgötürənə müraciət edir. İşçi sonradan fikrini dəyişərək, 22 oktyabr 2019-cu il tarixdə işdən çıxmamaq haqqında işəgötürənə məlumat verir. Amma işəgötürən işçiyə 19 oktyabr 2019-cu il tarixdə rəsmi xəbərdarlıq verir ki, işçinin əvəzinə yeni işçi qəbul ediləcək. Bu halda artıq işçinin işdənçıxma ərizəsini geri götürməsinə icazə verilməyəcək və qeyd edilən müddətdə işçi işdən azad ediləcək.
Misal 4. İşçi 9 oktyabr 2019-cu il tarixdə işdənçıxma haqqında müraciət edir. Qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə 17 oktyabr 2019-cu il tarixdə xitam verilir. Əmək müqaviləsinə xitam verilən işçi 22 oktyabr 2019-cu il tarixdə işəgötürənə ərizə ilə müraciət edir ki, onun əvəzinə yeni işçi götürülmədiyi və yenidən işləmək istədiyi üçün işdənçıxma ərizəsi etibarsız hesab edilsin. Artıq işəgötürən yeni işçi işə qəbul etməməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi səbəbindən işçinin yenidən işə qayıtmasına qərar verməkdə sərbəstdir.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər