Çərşənbə, 29 İyul 2020 08:28

Xəstəlik vərəqəsi təqdim edərək istirahətə getmək qanunsuzluq hesab edilir?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Müavinətlər" bölməsindən seçmə

Təcrübədə rast gəldiyimiz hallardan biri də sağlam şəxsin xəstəlik kağızı təqdim etməklə işə gəlməyərək istirahət etməsidir. Maraqlıdır ki, bəzən bu cür əmək mübahisələri məhkəməyə qədər uzanır. Onlardan birinə nəzər salaq.
İşçinin istəyinin əksinə olaraq rəhbərlik ona yay aylarında məzuniyyət verməkdən imtina edib. İşçi əmək qabiliyyətinin itirilməsi haqqında xəstəlik vərəqəsi təqdim edərək işə çıxmayıb. Sonradan işçinin sosial şəbəkələrdəki statusundan müəyyən edilib ki, işçi Türkiyənin məşhur istirahət mərkəzlərimnin birində istirahət edir. İşəgötürən işçinin təqdim etdiyi xəstəlik vərəqəsinin ləğv ediməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə işçinin xəstəlik vərəqəsinin qaydalara uyğun olmasını əsas tutaraq, işəgötürənin iddiasını təmin etməyib.

Əsasnamədə qeyd edilib ki, işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədilə işçi qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdiyi halda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Amma işəgötürən sübut etməlidir ki, işçi, doğrudan da öz sağlamlığına zərər vurub və ya özünün yalandan xəstə kimi qələmə verib.
Təcrübədə baş vermiş hadisəni nümunə kimi təqdim etməkdə məqsədimiz odur ki, bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən əsas sənəd xəstəlik vərəqəsi hesab edilir.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

Şərh yazın