“DƏMX-nin müffətişləri əməyin normasının yaxşılaşdırılmasını səhv kimi qiymətləndirə bilər”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov qanunvericiliyin tələbini pozmaqla işçiyə yüksək ödəniş hesablanmasının inzibati xəta olub-olmamasına aydınlıq gətirib: “Təcrübədə rast gəlinən hallardan biri də, işəgötürənin əmək qanunvericiliyini pozaraq işçiyə yüksək ödəniş etməsidir. Bu zaman işəgötürən bildirir ki, səhv hesablama aparılmasına baxmayaraq işçiyə artıq ödəniş hesablandığı üçün ona cərimə tətbiq oluna bilməz.
 Misal üçün, işçiyə 1 200 manat ödənilməli olduğu halda səhvən 1500 manat ödəniş edilib. İşəgötürən bildirir ki, işçiyə 300 manat artıq ödəmə etməklə əmək normasını yaxşılaşdırıb. Amma işçinin əmək normasının yaxşılaşdırılması öncədən, düşünülmüş şəkildə və rəsmi sənədlərlə təsdiq olunmaqla aparılmalıdır. Nazirlik hesab edir ki, kollektiv müqavilədə, əgər işəgötürən kollektiv müqavilə tərtib etmirsə, o zaman əmək müqaviləsində bu barədə qeydlər olmalıdır. İşəgötürən kollektiv və ya əmək müqaviləsində əməyin normalaşdırılmasını qeyd etmirsə, o zaman hər hansı əmr (sərəncam, qərar) vasitəsilə işçinin əmək normasının yaxşılaşdırımasını rəsmiləşdirməlidir. Amma əmrdə ayrı-seçkiliyə yol verilməməlidir, əməyin normasının yaxşılaşdırılmasının bütün işçilərə və ya hansı kateqoriyalı işçilərə şamil olunması qeyd olunmalıdır.  Hər hansı rəsmiləşdirmə olmadan işçinin əmək məzuniyyətinin hesablanması zamanı əmsallaşdırma tətbiq edilməsi cəriməyə səbəb olmasa da, DƏMX müfəttişləri tərəfindən səhvin aradan qaldırılması barədə yazılı tapşırığın olmasını labüd edəcək. Bir məsələni də qeyd edim ki, Nazirlik əsasən büdcə təşkilatlarından maliyyələşdirilən qurumlarda əmsallaşdırmanın düzgün tətbiq olunmasına nəzarət edir.  Bəzən özəl müəssisələr işçiyə məzuniyyət və ya əmək qabiliyyətini itirdiyi dövrdə hesablanan ödənişin hər hansı səbəbdən azaldığı hallarda əlavə ödənişlərin olmasını kollektiv və ya əmək müqavilələrində qeyd edirlər. Bu cür halların olmasını təqdirəlayiq hesab edirik.”

Qeyd edək ki, bu fikirlər  Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı satışda

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Xəbərlər