Çərşənbə, 22 Yanvar 2020 07:02

İşəgötürən hansı hallarda işçini əmək məzuniyyətindən geri çağıra bilər?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından seçmə

İşçinin əmək məzuniyyətində olduğu dövrdə geri, işə çağırılması məsələləri Əmək Məcəlləsinin 137-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin 2-ci hissəsinə əsasən, müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməlidir.

Bu maddədə diqqət yetirilməli məqam ondan ibarətdir ki, işəgötürən hansı hallarda işçini məzuniyyətdən geri çağıra bilər. Təcrübədə rast gəlinən hallardaın biri odur ki, işçi 30 günlük məzuniyyətə çıxdıqdan bir neçə gün sonra öz ərizəsi ilə geri qayıtmaq haqqında müraciət edir. İşəgötürən əmr verərək işçini geri qaytarır və istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödəyir. Prosesin bu cür aparılması qaydalara ziddir. Çünki məzuniyyətdən geri çağırılma istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduğu halda mümkündür və bu, işçinin yox işəgötürənin səlahiyyətinə aid olan məsələdir.
Digər məqam ondan ibarətdir ki, işəgötürən istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün işçini məcburi olaraq məzuniyyətdən geri çağıra bilməz. İşçinin hüququ var ki, əmək məzuniyyətindən yarımçıq geri qayıtmasın.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

Şərh yazın