Cümə axşamı, 16 Yanvar 2020 05:46

İşçinin məzuniyyət göndərilməsi zamanı, müddət necə tənzimlənməlidir? (4-CÜ YAZI)

Mks.az saytının eksperti, “Əmək Qanunvericiliy və Şərhlər Toplusu” kitabın müəllifi Anar Bayramov “Əmək məzuniyyəti və ondan istifadə edilməməsinə görə kompensasiya: Fikir ayrılıqları və ziddiyyətlər” adlı təqdimatında işçinin ilk iş ilində 6 aydan tez məzuniyyət hüququndan istifadə etməsi halına münasibət bildirib: “Yaxın dövrlərdə dəyərli ekspertimiz Nihat Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, işəgötürənin razılığı olduğu halda, işçinin ilk iş ilində əmək məzuniyyəti hüququndan istifadə halı olub-olmamasını dəqiqləşdirmişdi. Nazirliyin verdiyi cavaba əsasən, işəgötürənin razılığı əsasında işçinin əmək məzuniyyəti hüququndan istifadə etməsi hər hansı inzibatı xəta yaratmır. Bu məsələ ilə bildirmək istəyirəm ki, Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Maddədən göründüyü kimi, məzuniyyətinin işçinin işdən aytılmaqla istirahət etməklə əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün istifadə edirlir.

O səbəbdən də, ilk iş ilində cəmi 3 ay işləyən işçinin uzunmüddətli məzuniyyətə göndərilməsi onun əmək qabiliyyətinin bərpasına xidmət etməyəcək. O səbəbdən də, işçinin ən azı 6 ay işləməsi şərt kimi qoyulub ki, onun həmin dövrdən sonra məzuniyyət hüququ yaransın. Bundan əlavə, işçinin iki iş ilində məzuniyyətə göndərilməsinə diqqət yetirmək lazımdır. Misal üçün, ilk iş ilinin 10-cu ayında uzunmüddətli məzuniyyətə göndərilən işçinin 3 ay sonra ikinci iş ilinin birinci ayında yenidən uzunmüddətli məzuniyyətə göndərilməsi məqsədəuyğun hesab edilmir. Ümümiyyətlə, işəgötürənlər işçilərin məzuniyyət məsələsinə həssaslıqla yanaşmalıdırlar.”
Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 

Şərh yazın