Çərşənbə, 15 Yanvar 2020 08:40

Əbülfət Məhərrəmov Əmək Məcəlləsindəki boşluqlar barədə iradlara cavab verdi (3-CÜ YAZI)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov mütəxəssislərin Əmək Məcəlləsində boşluqlar olması fikrinə də münasibət bildirib: “Təcrübədə rast gəlinir ki, işəgötürən, işçi hətta mütəxəssislər narazılıq edirlər ki, Əmək Məcəlləsində boşluqlar var. Bəzən olur ki, Əmək Məcəlləsinin müvafiq maddəsini düzgün tətbiq etmirlər, bəzən isə normaları kifayət qədər yaxşı bilmədiklərindən bu cür fikirlər formalaşır. Öncəki təqdimat zamanı Anar Bayramov Əmək Məcəlləsində bəzi boşluqlar olduğunu bildirdi. Əslində boşluqların olması da qəbahət sayılmamalıdır. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununda boşluq anlayışı və həlli yolları göstərilir.

Normativ hüquq-aktlar arasında ziddiyət varsa, misal üçün Əmək Məcəlləsi ilə Nazirlər Kabinetinin hər hansı qərarı ziddiyət yaradırsa, o zaman ən yüksək olan – Məcəllə əsas götürülməlidir. Əmək Məcəlləsindəki boşluqlar barəsində Nazirliyə müraciət zamanı bu cür prizmalardan yanaşırıq. Müraciətlər zamanı həmin şəxslərin boşluq hesab etdikləri maddəni izah etdikdə, istər işçi, istərsə də işəgötürən onu qəbul edərək razılaşırlar. Nazirlik tərəfindən məhkəmələrdə və ya ictimaiyyət üçün verilən izahatlarda maddələrinin açıqlanması, onun fəlsəfəsinin, mahiyyətinin daha dərindən izah edilməsi kifayət qədər fərdi əmək mübahisələrinin həllinə imkan verir. O səbəbdən seminarda Əmək Məcəlləsində ziddiyyət yaradan məqamları müzakirə edərək Məcəllənin tələblərinə uyğun olub-olmadığını müəyyən edək. Əgər hər hansı həll olunmaz, qarşısı alınmaz, işçi və (və ya) işəgötürənn hüquqlarına zidd maddələr olsa, onları gələcəkdə qanunvericiliyə düzəlişlərdə nəzərə alarıq.”

Qeyd edək ki, bu fikirlər Mks.az saytının təşkilatçılığı 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı ödənişsiz seminarda səsləndirilib.

 "Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il  tarixindən satışda

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

Şərh yazın