Çərşənbə axşamı, 03 Dekabr 2019 17:42

Hansı hallarda müavinət işçinin özünün yox, onun ailə üzvünün xəstələnməsinə görə verilir?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Əsasnamədə işçinin özünün yox, ailə üzvünün xəstələnməsi hallarında müavinətin verilməsi də nəzərdə tutulub. Təbii ki, müəyyən məhdudlaşdırıcı şərtlərlə. Əsasnamənin 16-cı maddəsində bu cür müavinətin verilməsi hallarına aydınlıq gətirilib:

  • Xəstələnmiş ailə üzvünə qulluq etmək üçün verilən məzuniyyət zamanı müavinət. O şərtlə verilir ki, xəstəyə qulluq edilməməsi xəstənin həyatı və ya sağlamlığı üçün qorxu törətsin və tibbi göstərişə görə xəstəxanaya qoymaq imkanı olmasın.
  • 14 yaşa çatanadək xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət istər ambulator, istərsə də stasionar müalicəsi zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək verilir. Xəstələnmiş uşağa qulluq edilməsinə görə müavinət anaya (ataya) və ya uşağa qulluq edən digər şəxsə verilir.
  • İnsanın immun çatışmazlığı  virusu ilə  yoluxmuş  (İİV)   və ya QİÇS xəstəliyinə tutulmuş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın müalicəsində valideynlərdən birinə, yaxud digər qulluq edən şəxsə uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün verilir.
  • İşləməyən ana xəstələndiyi hallarda uşağa qulluq edə bilmədikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 3 yaşadək uşaqlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilir;
  • 14 yaşından yuxarı xəstələnmiş ailə üzvlərinə qulluq edilərkən 7 təqvim günündən artıq olmayan müddətdə müavinət verilir. Xəstəyə qulluq edilərkən 7 təqvim günündən artıq vaxt üçün ailə üzvünün ağır xəstə olmasından və məişət şəraitindən asılı olaraq müstəsna hallarda müavinət verilməsinə icazə verilir.

Bu halda müavinət ümumilikdə 10 təqvim günündən artıq verilməməlidir.

Növbəti və əlavə məzuniyyət, uşağa qulluq etməkdən ötrü məzuniyyət və yaxud əmək haqqı saxlanılmadan məzuniyyət vaxtı xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilmir.

Qeyd etdiyimiz hallar təsdiqedici sənədlərlə sübut olunmaldır. Misal üçün, xəstəyə qulluq edilməməsinin xəstənin həyatı və ya sağlamlığı üçün qorxu törətməsi və ya tibbi göstərişə görə xəstəni xəstəxanaya qoymaq imkanının olmaması və ya uşağın xəstələnməsini təsdiq edən sənədlər işəgötürənə təqdim olunmalıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Şərh yazın