Cümə, 08 Noyabr 2019 06:13

İşəgötürən istehsalatda bədbəxt hadisələrin qarşısını almaq üçün hansı tədbirləri görməlidirlər?

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Bəs, istehsalatda bədbəxt hadisələrin qarşısını almaq üçün işəgötürənlər hansı tədbirləri görməlidirlər? Aşağıda bu istiqamətdə nələr etmək lazım olduğu addım-addım göstərilib.

  • İlk növbədə, işçilərlə əmək müqaviləsi bağlanılmalıdır. q Əmək müqailəsində işçinin vəzifəsinə uyğun əmək funksiyaları müəy - yənləşdirilməlidir. Və ya bu, əlavə təlimat formasında tərtib olunmalı və işçi onu imzalamaqla tanış olmalı, sənəd əmək müqaviləsinin arxasına tikilməlidir.
  • Bundan sonra işçi texniki təhlükəsizlik qaydaları ilə tanış edilməlidir. Bunun üçün müəssisə daxili vəzifələrə uyğun olaraq texniki təhlükəsizlik təlimatları tərtib olunmalıdır. Yaxşı olar ki, belə təlimatlar mütəxəssislər tərəfindən hazırlansın. İşçi təlimatları imzalamalı və bu sənəd də əmək müqaviləsinin arxasına tikilməlidir.
  • Müəssisədə texniki təhlükəsizlik jurnalı olmalıdır. İşçi ilk dəfə işə qəbul olunanda həmin jurnala təlimatlandırılması haqqında imza atmalıdır.
  • İşçilər hər rübdə azı bir dəfə texniki təhlükəsizlük qaydaları ilə tanış olmalı və təlimatlandırılaraq imzalarını atmalıdırlar.
  • İşçilərə təhlükəsiz əmək şəraiti yaradılmalıdır. Onlar xüsusi geyimlərlə, qoruyucu vasitələrlə təmin olunmalıdır. Əlbəttə ki, bunlar bütün işçilərə və iş yerlərinə aid deyil.
  • Texniki təhlükəsizliyə cavabdeh şəxs müəyyəşdirilməli və bu sahə ilə bağlı səlahiyyətlər əmrlə ona həvalə olunmalıdır.
  • Böyük müəssisələrdə təhlükəsizlik şöbələri yaradılmalı və onlar öz əmək funksiyalarını yerinə yetirməlidir.
  • İşçilər əmək müqaviləsi bağlanılan kimi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə sığortalanmalıdır.
  • İstehsalatda bədbəxt hadisələrin uçotu jurnalı aparılmalıdır. Təqdim etdiklərimiz minimum tələblərdir və bunlar hökmən istənilən işəgötürəndə olmalıdır

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

Şərh yazın