Ştat cədvəli ilə bağlı 4 VACİB SUALIN CAVABI

20 sentyabrdan satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə 

  • Ştat cədvəli bütün işəgötürənlər üçün məcburidir?

Ştat cədvəli özündə müəssisənin strukturu, kadr tərkibi və işçilərin vəzifə maaşları barədə informasiyanı əks etdirən sənəddir. Ştat cədvəli bütün dövlət və kommersiya müəssisələri üçün vacib bir sənəd olsa da, Azərbaycan Respublikasının Əmək Məcəlləsində “ştat cədvəli” anlayışı yoxdur.  Ştat cədvəlinin tərtibi qanunvericilikdə nəzərdə tutulmadığından onun tərtibi proseduru ilə bağlı hər hansı tələb də yoxdur, bu proses işəgötürənin mülahizəsinə əsasən aparılır.

  • Ştat cədvəli ilə bağlı sənədləşmə necə aparılmalıdır?

Ştat cədvəlinin hazırlanması ilə bağlı ayrıca əmr verilməsi və bu məsələ ilə bağlı (ştat cədvəlinin tərtibi, təsdiqi və ona dəyişikliklər edilməsi) səlahiyyətli şəxsin müəyyənləşdirilməsi mümkündür. Bəzən də bu funksiya işçinin əmək müqaviləsinin “Əmək funksiyaları” hissəsində əks etdirilir.  Həmçinin Ştat cədvəli təşkilatın rəhbərinin əmri ilə təsdiq olunur. Ola bilər ki, ştat cədvəli təsdiq olunduğu tarixdə deyil, irəli bir tarixdə qüvvəyə minsin. Bu barədə ştat cədvəlinin təsdiqi ilə bağlı əmrdə qeyd olur.   Ştat cədvəli, adətən ilin əvvəlində olmaqla 1 illik təsdiq olunur.

  • Ştat cədvəlini hansı şöbə tərtib etməlidir?

Bir qayda olaraq kiçik təşkilatlarda ya ştat cədvəlindən istifadə edilmir, ya da onun tərtibi ilə kadrlarla iş şöbəsi və ya mühasibatlıq məşğul olur. Böyük müəssisələrdə bu işi planlaşdırma ilə məşğul olan şöbə və ya əmək haqqı şöbəsi də həyata keçirir.

  • İşəgötürənlər üçün ştat cədvəlinin tərtibi nə üçün vacibdir?

Təşkilatda vahid bir sənəddə mövcud ştatlar, əmək haqqı və tarif dərəcələri kimi faydalı informasiyanın olması rəhbərliyə və kadrlarla iş şöbəsinə əmək mübahisələrindən qaçmaqla, kadr dəyişikliklərini idarə etmək imkanı yaradır. Fikrimizcə, mülkiyyət formasından aılı olmayaraq bütün təşkilatlarda ştat cədvəlinin təsdiqi vacibdir.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər