Cümə axşamı, 05 Sentyabr 2019 05:48

Əsas və ya əlavə əmək müqaviləsinin müqayisəli TƏHLİLİ (8 HAL ÜZRƏ)

"Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinə edilən son əsaslı dəyişikliklərdə əsas və ya əlavə müqaviləsi ilə bağlı bənd də əks olunub.

Həmin dəyişikliklərdə qeyd olunur ki, işçinin iş yerinin әsas vә ya әlavә iş yeri olması barәdә qeyd əmək müqaviləsində mütləq qeyd olunmalıdır. Əsas və əlavə əmək müqaviləsinin oxşar və fərqləri haqqında məlumat verək: 

Sıra

Fəaliyyət

Əsas iş yeri

Əlavə iş yeri (əvəzçilik)

Qeyd

1

Əmək kitabçası təqdim olunur

Bəli

Xeyr

Əmək kitabçasında əvəzçiliklə bağlı qeyd aparıla bilər

2

Sosial sığorta şəhadətnaməsi təqdim olunur

Bəli

Bəli

 

3

Elektron informasiya sisteminə işlənilir

Bəli

Bəli

 

4

Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Məzuniyyət, əlavə iş saatı, əvəz etmə, sınaq müddəti və s. hüquqlardan istifadə edir

Bəli

Bəli

 

5

Gündəlik normal iş vaxtının müddəti

8 saatdan artıq ola bilməz

4 saatdan artıq ola bilməz

 

6

Həftəlik normal iş vaxtının müddəti

40 saatdan artıq müəyyən edilə bilməz

20 saatdan artıq müəyyən edilə bilməz.

 

7

Əmək haqqıdnan gəlir vergisi üzrə güzəştlər tətbiq olunması

Bəli

Xeyr

 

8

İş yerinin sayı

Bir

Normalar nəzərə alınmaqla məhdudiyyət qoyulmur

 

2 şərhlər

  • Şərh bağlantısı Həsənova Ceyran Çərşənbə axşamı, 01 Oktyabr 2019 13:41 tərəfindən təqdim olunub Həsənova Ceyran

    Salam. İşçi Əlavə iş yerində həftədə 5 gün 1 saat qeyd olunmaqla əvəzçilik üzrə çalışır. Onun əmək haqqı minimum əmək haqqından az qeyd oluna bilərmi? Qeyd etmək mümkün deyilsə, onun maaşı necə tənzimlənməlidir?

  • Şərh bağlantısı Cavanşir Cümə axşamı, 05 Sentyabr 2019 06:29 tərəfindən təqdim olunub Cavanşir

    Salam. Gündəlikdə olan ən vacib məsələ minimum əmək haqqının tətbiq edilməsidir. Əlavə iş yerində əmək haqqı minimumdan aşağı ola bilərmi?

Şərh yazın