Əmək münasibətləri ilə bağlı 3 VACİB sualın cavabı

Əmək münasibətləri ilə bağlı 3 VACİB sualın cavabı

İşçinin işə qəbul prossesi necə rəsmiləşdirilməlidir?

Artıq 5 ilə yaxındır ki, əmək müqavilələrinin elektron qeydiyyatı sistemi yaradılıb. İşçilərin bu sistemdə qeydiyyatını təsdiq edən müvafiq sənəd olmadan, əmək müqaviləsi bağlanılsa belə, onların işlədilməsi işəgötürən üçün müvafiq məsuliyyətlər doğurur. Qeyd edək ki, 27 dekabr 2013-cü il tarixli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbayan Respublikasının Qanunu ilə 03 fevral 2014-cü il tarixindən işçinin əmək müqaviləsi bildirişi olmadan işlədilməsi qadağandır.

İqtisadçı ekspert Anar Bayramov həmin qanuna istinad edərək bildirib ki, işəgötürən ilə işçi arasında əmək münasibətləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Öncə işçi ilə işəgötürən arasında Əmək Məcəlləsinin 1-ci Əlavəsi kimi təsdiq olunmuş nümunəvi əmək müqaviləsi (nümunəvi forma son bölmədə yerləşdirilib) əsasında münasibətlər yazılı şəkildə rəsmiləşdirilir. E-gov.az saytında aparılan əməliyyatların nəticəsi olaraq, işçi işə bildiriş alındıqdan sonra başlaya bilər. İşəgötürən ilə işçi arasında əmək münasibətləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır

Hansı vəzifələr üçün yalnız kağız üzərində əmək müqaviləsi kifayət edir?

Qanunvericiliklə müəyyənləşdirilən elə vəzifələr də var ki, bu halda əmək müqavilələrinin elektron qeydiyyatı sisteminə daxil edilməsi tələb olunmur. Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı"nın təsdiq edilməsi haqqında fərmanına əsasən, dövlət orqanlarında əmək müqaviləsinin yalnız kağız üzərində, yazılı formada bağlanmasına icazə verilən vəzifələrin (peşələrin) tam siyahısı belədir:

  • Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr; - Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr; 
  • Seçkisi və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, əmək müqavilələrinin rəsmiləşdirilməsi qaydası, işəgötürən və işçinin vergi və sosial öhdəlikləri təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr; 
  • Prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələr və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr; 
  • Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr.

 Xarici ölkə vətəndaşının işə qəbulu necə rəsmiləşdirilməlidir?

Ölkəmizdə yerli işçi ilə əcnəbi işçinin işə qəbulu prosedurlarında əsaslı fərqlər var. Vergi ödəyicisi xarici ölkə vətəndaşı işə qəbul etməmişdən öncə iş icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Əcnəbi işçinin əmək müqaviləsinin müddəti iş icazəsindən çox olmamalıdır. Həmin vətəndaşı işə qəbul etdikdən sonra işəgötürən elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişini qeydiyyata aldırır. Yerli işçilərdə olduğu kimi, əcnəbi işçilər üçün də əmək kitabçası açılmalı, onlar sosial sığorta şəhadətnaməsi ilə təmin edilməlidirlər.

Mənbə: Vergiler.az

Fəxriyyə İkramqızı

 

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər