Bazar ertəsi, 18 Fevral 2019 06:32

Əmək müqaviləsinin yalnız kağız üzərində imzalanması ilə bağlı CİDDİ DƏYİŞİKLİK (26-ci yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan iyirmi beş yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, təhsil məzuniyyətinin hesablanması, növbəli iş rejimi , əlavə məzuniyyətin cəmlənməsi ilə, işçinin məzuniyyət hüququ, hesablanması və ödənilmə müddəti, əmək haqqının ödənilmə müddəti, orta əmək haqqının hesablanması, nümünəvi əmək müqaviləsinin forması ilə bağlı təklif olunan dəyişikliklər, əmək müqaviləsi imzalanan zaman tələb olunan sənədlər, əmək müqaviləsinin müddəti, hamiləliyə və doğuşa görə məzuniyyət və xəstə qohuma qulluqla bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.

Bu yazımızda əmək müqaviləsinin yalnız kağız formada imzalanması ilə bağlı dəyişikliklər haqqında məlumat verəciyik.

Əmək Məcəlləsinin “Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi” adlı 7-ci maddəsinə aşağıdakı dəyişiklik təklif edilir:

7-ci maddə üzrə:
2-ci hissədə ―Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, sözləri çıxarılsın,
―əmək münasibətləri sözləri ―Əmək münasibətləri kimi verilsin və bu hissəyə aşağıdakı məzmunda abzas əlavə edilsin:
2-1-ci hissə çıxarılsın.

Təklif olunan dəyişikliyə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaraması ilə bağlı bənd çıxarılacaq. Bildiyimiz kimi, Prezidentin fərmanı ilə təsdiq olunan “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı təsdiq edilib. Həmin vəziflərin siyahısı aşağıdakıdır:
1. Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr;
2. təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr;
3. seçkisi və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr;
4. prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələr və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr
5. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr.

Təklif edilən dəyişikliyə əsasən, yalnız kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçiləri ilə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatı onları işə qəbul edən orqanlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına kağız və ya informasiya daşıyıcılarında təqdim etdikləri məlumatlar əsasında, Dövlət sirri haqqında, Əməliyyat-axtarış fəaliyyəti haqqında və Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla aparılacaq.
Təklif olunan dəyişikliyə əsasən, Prezidentin fərmanı ilə təsdiq olunan digər vəzifələr üzrə əmək münasibətləri əmək müqaviləsi kağız yox elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

Şərh yazın