İşçinin xeyrinə, amma təfsirə ehtiyacı olan dəyişiklik (14-cü yazı)

İşçinin xeyrinə, amma təfsirə ehtiyacı olan dəyişiklik (14-cü yazı)

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. Mks.az saytının ekspertləri dəyişikliklər haqqında silsilə yazılar hazırlayır. Bugünədək dərc olunan on üç yazıda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya, əmək müqaviləsinin rəsmiləşdirillməsi, məzuniyyət günlərinə təsadüf edən bayram günləri, ezamiyyə, əmək müqaviləsinin müddəti, distant iş, əmək müqaviləsinə dəyişikliklərin bildirişlərə daxil edilməsi, işçinin işdən kənarlaşması, əmək müqaviləsinin işçinin təşəbbüsü, işəgötürən tərəfindən və digər hallarda ləğv edilməsi, həmçinin təhsil məzuniyyətinin hesablanması ilə bağlı təklif olunan dəyişikliklər haqqında ətraflı məlumat vermişik.

Bu yazımızda növbəli iş rejimi ilə bağlı təklif olunan dəyişikliklər haqqında məlumat verəcəyik. Dəyişikliklər paketində Əmək Məcəlləsinin "Gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilər" adlı 98-ci maddəsinə aşağıdakı əlavə təklif edilir:

“98-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
3. Növbəli iş rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi ehtiyacları, o cümlədən ailə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və praktiki cəhətdən mümkün olduqda nəzərə alınmalıdır”.

Qeyd edək ki, qüvvədə olan Əmək Məcəlləsinə əsasən, gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. Həmçinin, əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Yeni əlavə işçinin xeyrinə olsa da, əlavə çox ümumidir. İşçi gecə növbəsində işlədilməmək üçün necə əsaslandıra bilər ki, onun xüsusi ehtiyacları, o cümlədən ailə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları var. Və ya işəgötürən qəbul etməyə də bilər ki, işçinin, tutaq ki, valideyninin evdə xəstə olması onun ailə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacıdır.
Maraqlıdır ki, layihədə işçinin ziyanına təklif olunan dəyişikliklərdə hər şey konkret göstərilir. Misal üçün ötən yazımızda məlumat verdiyimiz kimi, təhsil məzuniyyətinin konkret 3 hal üzrə hesablanması təklif olunur. Amma işçinin xeyrinə təklif olunan dəyişikliklərdə işəgötürənin üzərinə konkret öhdəlik qoyulmur. Ümid edək ki, dəyişiklik təsdiq olunana qədər bu məsələ də konkretləşər.

"KARGÜZARLIQ A:dan Z-yə" kitabı satışda

Hörmətli həmkarlar, böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, kadr işinin təkmilləşdirilməsi istiqamətində növbəti nəşrimiz – “Kargüzarlıq: A-dan Z-yə” kitabı çapdan çıxıb. Kitabda əsas sənədlərin (qərar, protokol, akt, əmr, müqavilə, ərizə, təlimat, əsasnamə, məktub, xidməti yazı, arayış, xasiyyətnamə və sair) tərtibi və rəsmiləşdirilməsi, eləcə də viza, dərkənar, qoşma, əlavə, təsdiq və razılaşdırma qriflərinin hazırlanmasına tələblər, sənədlərin arixvə təhvili və məhvi məsələləri, işgüzar yazışmalar və danışıqlar mövzusu tam əhatə olunub.

Kitabın üzərindəki diskə 100-ə yaxın sənəd nümunəsi və kargüzarlıq fəaliyyətini hüquqi baxımdan tənzimləyən normativ aktlar daxil edilib.

Həmişəki kimi ünvana çatdırılma xidməti və DİSK Sizə hədiyyəmizdir.

Əlaqə: (012) 564 86 85, (050) 368 12 72, [email protected]

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər