Məzuniyyət gününə təsadüf edən qeyri-iş günləri ilə bağlı 2 məqam (3-cü yazı)

Məzuniyyət gününə təsadüf edən qeyri-iş günləri ilə bağlı 2 məqam (3-cü yazı)

Xəbər verdiyimiz kimi, Əmək Məcəllənin 163 maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Mks.az saytının ekspertləri dəyişiklikləri haqqında silsilə yazılar hazırlayacaq. İlk iki yazımda istifadə edilməmiş məzuniyyətə görə hesablanan kompensasiya və əmək müqaviləsinin rəsmiləşdirillməsi haqqında məlumat vermişdik. Bu yazımızda, məzuniyyətin müddəti ilə bağlı təklif edilən dəyişiklik haqqında məlumat verəciyik.

Təklif olunan dəyişiklikdə məzuniyyətin müddəti ilə bağlı aşağıdakı dəyişikliyin edilməsi təklif olunur:

Maddə 114. Əsas məzuniyyət və onun müddətləri

77.3. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:   ―

  1. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə məzuniyyətin müddəti üst-üstə düşən günlərin sayı qədər uzadılır..

 6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Dəyişiklikdən göründüyü kimi, əmək məzuniyyəti dövrünə təsadüf edən bayram günlərinə aydınlıq gətirilib. Burda 2 məqam diqqəti cəlb edir:

1) Artıq ümumxalq hüzn günü və səsvermə günü də məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır.  Qeyd edək ki, hal-hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunmayan yalnəz bayram günləri qədər məzuniyyət müddəti uzadılırdı.

2) Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdüyü hallara aydınlıq gətirilib.  Əgər bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə məzuniyyətin müddəti üst-üstə düşən günlərin sayı qədər uzadılacaq.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

6 Komment

  1. Sure Semedova 10 Yanvar 2019

    Salam her vaxtiniz xeyir, sizden bir seyi oyrenmek isterdim, men ozum Mudafie Nazirliyinin idarelerinden birinde mulki qisminde calisiram, bu ile qeder muhendis vezifesinde 30 gun odenisli mezuniyyet+ 6 gun zererliliye gore +2 gunde 5 ilden coxdur islediyime gore mezuniyyet hesablanirdi, bu ilden Kadrlar bolmesi bildirirki qanun varki isci bu 6 gun ve 2 gun elavelerden yalniz birini sece biler, ikisininde birden verilmek kimi bir qanun artiq yoxdur, bunu hansi esasa dayanaraq etdiklerini sorusanda nazirin emri var deyib kecirler. Sizden xahisim bele bir deyisiklik varmi, varsa hansi qerar, hansi serencam bu barede melumat veresiniz, Evvelceden tesekkurler.

  2. Kamala 27 İyul 2020

    Salam. Qanunda ele bir deyisiklik yoxdu

  3. ayshen 23 Noyabr 2020

    Salam... Mən 126gunluk analıq mezuniyyetindeyem və mənim işçi kimi məzuniyyətim mene deyildi ki dekabr ayına düşür hazırkı vəziyyətə görə bu mənim dikretime daxildi yanvarın 8i iş günümdü.. sualım odu ki mənim dekabrda olan məzuniyyətim batmış mı hesab olunur yoxsa yanvar ayına keçirilir mi ?

  4. Nuranə 23 İyun 2021

    Salam, eger mezuniyyetden qayıtma vaxtı şenbe gününe düşürse ve iki gün de bayram elave olunmalıdırsa işçi işe bazar etresi qayıtmalıdır yoxsa çerşenbe günü??

  5. Romance 10 İyul 2022

    Salam Men internet kamera ishlerine Baxiram.Ve vezifen Aparici Texnikdi.Mene Nece gun Menzuniyyet dushur?

  6. Aqil 14 Dekabr 2022

    Salam,23.12.2022-01.01.2023 tarixleri mezuniuyet dövrü olarsan işe çıxma tarixi 4 yanvar yoxsa 6 yanvar olacaq?

Şərh yazın

Xəbərlər