Çərşənbə axşamı, 04 Dekabr 2018 05:20

Üzvlük və üzvlük haqları məsələsi necə tənzimlənir?

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Salam. Altay müəllim, xahiş edirem bir məsələ ilə bağlı məsləhət verəsiniz və fikrinizi bildirəsiniz.Çətinliyim qeyri-hökümət təşkilatında üzvlük haqlarının hansı qaydada rəsmiləşdirilməsi ilə bağlıdır. Bu barədə qanunvericilikdə hər hansı qayda və ya təlimat tapa bilmədim. QHT-nin dövlət qeydiyyatında 5 üzvü var rəsmən. Ümumiyyətlə, QHT-yə üzv olmaq necə rəsmiləşdirilir və üzvlük haqqı hansı qaydada, kimlərdən alına bilər. Üzv olmaq üçün Sadəcə ərizə kifayətdirmi və bu şəkildə üzvlük haqqı toplamaq nə dərəcədə doğrudur?
Əvvəlcədən təşəkkür.
Məmmədli Elşən

Cavab 1: Sualınızla bağlı ilkin olaraq «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” AR qanununa nəzər yetirməliyik.Qanunun 10-cu və 24-cü maddələrində yazılmışdır.
Maddə 10. İctimai birliklərin üzvləri
10.1. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər.
10.2. İctimai birliyin üzvləri bərabər hüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər.
10.3. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir.
10.4. İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir.
Maddə 24. Qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbələri
24.0. Qeyri-hökumət təşkilatının əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:
24.0.1. təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
Qanunun tələblərinə əsasən, üzvlüyə qəbul, üzvlükdən çıxarılmaq məsələləri əsasən ictimai biliyin nizamnaməsi ilə tənzimlənir. Düzdür, siz nizamnamədə dəqiq müddəalar tapmaya bilərsiniz, amma ümumi qaydaları mütləq görəcəksiniz. Adətən, üzvlərin qəbul edilməsi sərbəst olduğundan onlar ərizə yazaraq üzvlüyə qəbul olunurlar, təbii ki, bu məsələ təsisçilər tərəfindən müzakirə edilərək qərarla rəsmiləşdirilməlidir. Üzvlərin üzvlüyə daxil edilməsindən əvvəl üzlük qaydaları təsdiq edilsə, yaxşı olar, yəni həmin qaydalarla daxil olan üzv tanış olmalıdır və onu qane edirsə, qaydaları imzalayıb üzvlüyə daxil olmalıdıır. Həmin qaydalarda birdəfəlik, aylıq və ya illik üzvlük haqları müəyyənləşdirə bilərsiniz. Və yaxud da qaydalarda əlavə müddəalar müəyyənləşdirə bilərsiniz ki, müəyyən hallarda üzvlük haqları dəyişdirilə bilər. Qaydaları yaxşı olardı ki, təsisçilər təsdiq etsin və müəyyənləşdirsin. Cari fəaliyyətə nəzarət birliyin sədrinə həvalə olunsa da, təklif edərdim ki, qaydaları və üzvlük haqların təsisçilər müəyyənləşdirsin. Qeyri-hökümət təşkilatının maliyyələşdirilməsi təkcə üzvlük haqlarından yox, ianələrdən də ola bilər. Qanunvericiliyin tələblərinə əsaslanaraq şəxslərdən ianə kimi vəsaitlər mədaxil etmək olar.

 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

1 Şərh

  • Şərh bağlantısı dilara Bazar ertəsi, 15 İyul 2019 08:16 tərəfindən təqdim olunub dilara

    Salam İşçi əmək qabiliyyətini itirməyə görə xəstəlik vərəqəsini təqdim etdikdə ona xəstəlik vərəqəsi üzrə hesablanmış məbləğdən işsizlikdən sığorta haqqı 0.5% tutulurmu

Şərh yazın