Cümə, 04 May 2018 07:45

Tanınmış ekspertdən xidmət müqaviləsinin əmək müqaviləsindən fərqi barədə praktiki misal

28-29 aprel 2018-ci il tarixlərində keçirilən Milli Mühasiblər Forumunun sessiyalarında spikerlərin təqdimat  zamanı səsləndirdiyi maraqlı məqamları təqdim edirik

Forumun sessiyasında “Mülki hüquqi müqavilələr və onların bağlanmasının şərtləri” mövzusunda təqdimat edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov xidmət müqaviləsi bağlı öz fikirlərini də açıqlayıb: “Misal üçün hüquqi şəxsin balansında avtomobil nəqliyyat vasitəsi yoxdur, bu zaman kənar bir şəxslə mülki hüquqi xarakterli müqavilə bağlayır ki, ona nəqliyyat xidməti göstərsin. Bu hal xidmət müqaviləsinə daha uyğun gəlir. Digər variant odur ki, hüquqi şəxsin balansında avtomobil nəqliyyat vasitəsi var və kənar şəxslə xidmət müqaviləsi imzalayır ki, ona nəqliyyat xidməti göstərsin.

Artıq bu açıq-aşkar pozuntudur. Çünki bu halda əmək münasibələtləri yaranmış olur.  Müddəti az olsa belə, həmin şəxslə əmək müqaviləsi bağlanmalıdır. Cünki Əmək Məcəlləsində əmək müqaviləsinin müddəti ilə bağlı hər hansı tələb yoxdur.”

Şərh yazın