Cümə, 09 Mart 2018 05:19

"Asan Xidmət" MÜHASİBAT xidmətlərinin MƏBLƏĞini açıqladı

Məlumat verdiyimiz kimi, “ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin hesabatlarının tərtib edilməsi xidmətinə başlanılıb. "SMART REPORT" MMC tərəfindən aparılan xidmətlə bağlı qiymətlər aşağıdakı kimidir:
Zəruri olan sənədlərin siyahısı
Fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi
- Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
- VÖEN
- Asan imza;
- Rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri).
 
Hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi
 
- Hüquqi şəxsin rəhbərinin şəxsiyyətini təsdiq edən sənəd;
- VÖEN
- Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;
- Hüquqi şəxsin nizamnaməsi;
- Asan imza;
- Rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri).
 
Xidmət haqqı
Fiziki şəxslər
Sadələşdirilmiş rüblük (3 aylıq) və illik vergi bəyannamələrinin ödənişi-20 manat;
Sadələşdirilmiş rüblük (3 aylıq) və illik ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin ödənişi -30 manat.
 
Hüquqi şəxslər
Xidmət haqqı 60 manat.
 
Müddət
Müddət     Dərhal
 
Qeyd: Bu xidmət yalnız 3 saylı Bakı “ASAN xidmət” mərkəzində həyat keçirilir.
 

Şərh yazın