Çərşənbə axşamı, 16 İyun 2020 07:09

Lizinq müqaviləsində faiz dərəcəsi qəsdən aşağı göstərildikdə və ya göstərilmədikdə proses necə tənzimlənir?

Hal-hazırda satışda olan "Vergi uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Maliyyə lizinqi" bölməsindən seçmə

Təcrübədə rast gəlinən hallardan biri odur ki, lizinq alan və lizinq verən arasında bağlanan lizinq müqavilələrində faiz göstərilmir və ya razılaşma əsasında daha aşağı göstərilir.

Vergi Məcəlləsinin 140.4-cü maddəsinə əsasən, maliyyə lizinqi müqaviləsində ssuda ödəmələri üzrə faiz dərəcəsi göstərilmədikdə və ya maliyyə lizinqi həyata keçirən qeyri-rezidentlərə, habelə qarşılıqlı surətdə asılı şəxslərə maliyyə lizinqi üzrə icarə ödəmələrinin cari dəyərini müəyyənləşdirməkdən ötrü istifadə edilən faiz dərəcəsi ödəmələri aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizi məbləğində götürülür.
Maddədən göründüyü kimi, vergi orqanları əsas vəsaitəri lizinq müqaviləsi adı altında pərdələməklə prosesi həyata keçirənlər üçün oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizini tətbiq etməklə, mənfəət (gəlir) vergisinə cəlb edilən gəlirlərin müəyyən olunmasını təmin edir.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda -02 iyun 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı

ARTIQ SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

Şərh yazın