Çərşənbə, 29 Aprel 2020 08:37

Vahid Bəyannamədə nümunəvi excel formasından istifadə zamanı nələrə diqqət yetirmək lazımdır? (5 MƏQAM)

Yaxın günlərdə satışa çıxacaq Anar Bayramovun “Vergi uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

Excel formasından isifadə zamanı bəzi hallarda texniki səhvlər ucbatından vahid bəyannamənin yoxlanılması zamanı “Faylınız bəyannamə strukturuna uyğun deyil!” xəta bildirişi çıxır.

Excel proqramına görə xətaların baş verməməsi üçün aşağıdakıları nəzərə almanız lazımdır:

1) Excel formada əlavə boş sətirlər saxlamayın. Misal üçün işçi sayınız dörd nəfərdirsə, sıra sayı da 4 olmalıdır;

2) Əlavə sütünları təmizləyin. Bəyannamədə güzəşt və ya cəlb edilməyən gəlirlər zamanı kömək üçün kənarda məlumatlar yerləşdirilir. Əgər sətirlərin sıra sayı həmin məlumatlardan azdırsa, silməyiniz məqsədəuyğundur.

3) SSN kodunu daxil edərkən formatı “General” və ya “Text” edin.

4) Qəpikləri “vergül” yox “nöqtə” durğu işarəsi ilə daxil edin. Misal. 20,52 yox, 20.52

5) Cədvəli Excel proqramının “xlsx” formatında hazırlayıb vahid bəyananməyə yükləyin.

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 1 aprel 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı mayın 5-dən satışda

 
 
 

 

Şərh yazın