Xəbər verdilyimiz kimi, İqtisadiyyat Nazirliyi ilkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi məqsədilə vergi ödəyicilərinin bank hesabına ödənişləri həyata keçirib.
Qeyd edək ki, Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq. Artıq birinci mərhələ olaraq 50 faiz ödəniş olunub. Həmçinin, dövlət sektorunda çalışan işçilərə ödənilməli olan əmək haqqı ilə yanaşı, müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürülüb.
Aprel ayı üzrə işçilərə əmək haqqı hesablanan zaman icbari ödənişlərin necə hesablanması ilə bağlı mks.az saytına çoxlu sualın daxil olmasını olmasını nəzərə alaraq, saytının ekspertləri prosesi misal üzərindən izah edib.
Misal. Turizm sektorunda fəaliyyət göstərən vergi ödəyicisinin işçisinin əmək haqqı 1 aprel 2020-ci il tarixinə 500 manat təşkil edir. Dövlət tərəfindən ödəniləcək məbləğ 575 manat (500 + 500 x 15 %) manat təşkil etdiyindən ilkin olaraq vergi ödəyicisinə 287,50 manat (575 manat x 50 faiz) ödəniləcək.
İndi isə aprel ayında işçinin alacağı əmək haqqına uyğun vergi ödəyicisinin ödənişlərini nəzərdən keçirəcək:
Sıra |
Əməliyyatın adı |
Hesablanan məbləğ |
Qeyd |
1 |
Aprel ayı üzrə işçinin əmək haqqı |
500,00 |
|
2 |
Əmək haqqıdan gəlir vergisi |
0,00 |
Vergi Məcəlləsinə əsasən 8000 manata qədər məbləğdən gəlir vergisi hesablanmır |
3 |
Əmək haqqıdan hesablanan sosial ayımra |
36 manat (6 (200 x 3 faiz) + 30 ((500-200) x 10 faiz) |
|
4 |
Əmək haqqıdan hesablanan işsizlikdən sığorta |
2,5 manat (500x 0,5 faiz) |
|
5 |
İşçiyə ödəniləcək məbləğ |
461,50 manat (500-36-2.5) |
|
6 |
İşəgötürənin əmək haqqı fondundan hesabladığı sosial ayırma |
89 manat (44 (200x 22 faiz)+ 45 ((500-200)x15 faiz) |
Dövlət tərəfindən 75 manat (500x 15 faiz) ödənldiyi üçün sosial ayırmanın 14 manatı (89-75) işəgötürənin öz vəsaiti hesabına ödəniləcək |
7 |
İşəgötürənin əmək haqqı fondundan hesabladığı işsizlikdən sığorta |
2,5 manat (500x 0,5 faiz) |
Dövlət tərəfindən bu ödəmə növü üzrə ödəniş həyata keçirilmədiyi üçün tam şəkildə işəgötürənin öz vəsaiti hesabına ödəniləcək |
Cədvəldən göründüyü kimi, vergi ödəyicisi 500 manatlıq əmək haqqı üzrə dövlətin maliyyə dəstəyindən əlavə cəmi 16, 50 (14 +2,50) manat ödəniş etməlidir.
Qeyd edək ki, ödənişlər mərhəli aparıldığı üçün vergi ödəyicisi ilkin olaraq 230,75 manat (461,50/2) əmək haqqını işçinin cari hesabına ödəməlidir. Növbəti trans zamanı digər 230,75 manatlıq ödəmə həyata keçirilməlidir.