“Tibbi sığorta haqqında” AR Qanununa əsasən, Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar yəni vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta hesablamalıdır.
Misal. Fərdi sahibkarın ödədiyi icbari sığorta məbləği minimum əmək haqqının 4 faizi yəni 10 manat (250 manat x 4 faiz) təşkil edəcək.
Maraqlıdır ki, vergi ödəyici olan sahibkar həm də işçi çalışarsa, o zaman hər iki mənbədən icbari sığorta hesablanmalıdır? “Tibbi sığorta haqqında” Qanunda iki iş yerində işləyənlər üçün hər hansı fərqli yanaşma nəzərdə tutulmayıb. O səbəbdən də, həm işçi həm də fərdi sahibkar üçün icbari tibbi sığortanın hesablanması həyata keçirilməlidir.
Zəruri qeyd: “Tibbi sığorta haqqında” AR Qanunun keçid müdəalarına əsasən, Qanunun 15-10.1.3-cü maddəsi yəni fərdi sahibkarlar üzrə icbari sığorta məbləğinin hesablanması 2020-ci il aprelin 1-dən qüvvəyə minir. Fərdi sahibkarlar 2020-ci ilin yanvar, fevral və aprel ayları üzrə əmək haqqından icbari tibbi sığorta haqqları hesablamayacaq.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.