Vergi üzrə yaranmış borclar zamanıı silinmə eyni qaydada həyata keçiriləcək:
- yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;
- hesablanmış faizlərin məbləği;
- tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
Misal 1. Vergi ödəyicisinin 2020-cu ilin 1-ci və 2-cü rüb üzrə müvafiq olaraq 400 və 500 manat vergi borcu var. Vergi ödəyicisi 10 oktyabr 2020-ci il tarixdə 100 manat ödəniş edərsə, bu zaman ilk olaraq birinci rüb üzrə borc azaldılacaq.
Təklif olunan dəyişiklikdə artıq məcburi dövlət sosial sığorta üzrə yaranmış borcların aşağıdakı ardıcıllıqla ödənilməsi nəzərdə tutulur:
- cari rüb üzrə borc;
- cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq;
- yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;
- yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
Misal 2. Vergi ödəyicisinin 2020-cu ilin 1-ci və 2-cü rüb üzrə müvafiq olaraq 400 və 500 manat məcburi dövlət sosial sığorta ayırması üzə borcu var. Vergi ödəyicisi 17 iyul 2020-ci il tarixdə 100 manat ödəniş edərsə, bu zaman həmin məbləğ cari rüb yəni 2-ci rüb üzrə borcunun silinməsinə sərf olunacaq. Cari rüb üzrə borclar tam ödənildikdən sonra, əvvəlki rüblər üzrə yaranan borclar geriyə doğru müvafiq ardıcıllıqla silinəcək.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.