Çərşənbə, 29 May 2019 05:57

Sertifikat əldə etmək üçün ail təhsil vəya iş təcrübəsi önəmlidir?

Nazirlər Kabinetinin 237 saylı, 22 may 2019-cu il tarixli “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi haqqında” qərarında maraqlıdır ki, peşəkar mühasib sertifikatın səviyyələri üçün tələblər eynidir. Yəni orta ixisas təhsilinə malik olan şəxsin imtahanı uğurla baş vurduğu halda  ictimai əhəmiyyətli qurumlarda çalışa bilər. İndi isə təhsillə bağlı tələbləri diqqət keçirək.  Namizəd peşəkar mühasib sertifikatı almaq məqsədilə keçirilən imtahanda iştirak etmək üçün aşağıdakı kriteyarından birinə cavab verməsi haqqında sənədi Dövlət İmtahan Mərkəzinə təqdim etməlidir:

  • iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri
  • ali təhsil haqqında sənədin (diplomun) surəti;

Göründüyü kimi, əgər namizəd orta ixtisas təhsili alıbsa, mütləq olaraq mühasibatlıq sahəsində azı 5 illik stajını olmasını təsdiq edən sənədə(əmək kitabçası və s.) də malik olmalidr. 

Təbii ki, namizədin imtahanın birinci mərhələsindən azad olunmasına əsasən verən sertifikatı varsa, onun da surətini şəxsiyyət vəsiqəsinin surəti ilə Dövlət İmtahan Mərkəzinə təqdim olunmalıdır.  Həmçinin, 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil təqidm olunacaq sənədlərin siyahısına aid edilir.

P.S. Qaydalarda cümlə qarışıq yazıldığı üçün fərqli yanaşmalar mövcüddür. Mks.az olaraq hesab edirik ki, 5 il stajı olan və istənilən ixtisas üzrə ali təhsil olan şəxs Peşəkar Mühasib Sertifikatı ilə bağlı müraciət edə bilər. Amma çalışırıq ki, bu haqda rəsmi münasibəti öyrənib Sizinlə paylaşaq.

Şərh yazın