Sirac Piriyev: “Vergi Məcəlləsinə bu dəyişiklik haqlı vergi ödəyicisini haqsız duruma sala bilər”

Sirac Piriyev: “Vergi Məcəlləsinə bu dəyişiklik haqlı vergi ödəyicisini haqsız duruma sala bilər”

Vergi hüququ üzrə ekspert, Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev Vergi Məcəlləsinə gözlənilən daha bir dəyişiklik barədə mks.az saytına açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:

“Dəyişikliklər layihəsində Vergi Məcəlləsinə 70.2-1.1 –ci maddənin əlavə olunması gözlənilir. Həmin maddə aşağıdakı kimidir:

“70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır:

70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün;

70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;

70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.

70-2.2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir.”;

Qeyd olunan dəyişiklik “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə uyğunlaşdırılmışdır. Lakin dəyişiklik layihəsində həmin maddə ilə birbaşa bağlı olan “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsində göstərilən şərtə dair heç bir bənd qeyd olunmamışdır ki, bu hal vergi orqanlarının mənafeyinə uyğun olmaqla vergi ödəyicisi inzibati aktı rəsmi almadığı (gec aldığı) və inzibati aktın varlığından layihədə nəzərdə tutulan qaydada çatdırılmış hesab olunmasından 3 ay müddətin keçdiyi vaxtdan sonra məlumatlı olması halında vergi ödəyicisinə hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəməyə müraciət zamanı müddətin tətbiqi məsələlərində haqsız maneələr yaradacaq. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsinə görə “Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda (layihədə 72.2-1.2 və 72.2-1.3-cü maddədə nəzərdə tutulan hallar- red.) maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

Göründüyü kimi, qeyd olunan natamam dəyişiklik gələcəkdə vergi orqanlarını yuxarıda qeyd olunan vəzifədən azad etməklə vergi ödəyicilərini çətin duruma sala bilər.

Dəyişikliyi sadə misal üzərindən nəzərdən keçirək. 01.06.2018-ci il tarixdə fəaliyyətini dayandırmış “A” MMC-yə vergi orqanı 2018-ci ilin 1-ci rübü üzrə kameral qaydada vergi hesablamış və elektron qaydada inzibati aktı göndərmişdir. Hesab edək ki kağız formatında da hüquqi ünvana göndərilmişdir. Bu halda vergi ödəyicisi fəaliyyəti olmadığı üçün elektron kabinetə daxil olmamış və gələn inzibati aktı oxunmamışdır (bu hal vergi orqanındakı modul vasitəsilə də təsdiq edilir). Eyni zamanda, hesab edək ki, hüquqi ünvana göndərilən məktub poçt işçisinin səhlənkarlığına görə çatdırılmamış və itmişdir. Vergi ödəyicisi isə yalnız 4 aydan sonra vergi borcu ilə əlaqədar zəng edən vergi əməkdaşı ilə danışan zaman bu barədə məlumatlı olmuşdur. Bu halda yeni layihədəki dəyişikliyə istinad edəcək vergi orqanı inzibati aktdan şikayət etmə müddətinin ötürüldüyünə istinad etməkdə haqlı olacaq. Lakin göründüyü kimi bu hal vergi ödəyicisinin iradəsindən asılı olmayaraq baş verdiyi üçün dəyişiklikdəki natamamlıq aradan qaldırılmalıdır.

Qeyd olunanları nəzərə alaraq aşağıdakı məzmunda 70.2-3-cü maddənin əlavə olunmasını zəruri hesab edirik:

“ 70.2-3. Bu Məcəllənin  “70.2-1.2 və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Vergi ödəyicisi  inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi vergi orqanının üzərinə düşür. “

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər