Vergi Məcəlləsinə ƏDV-lə bağlı ciddi dəyişiklik: Hansı hallarda 15 vəya 10 faiz geri qaytarılacaq

Vergi Məcəlləsinə ƏDV-lə bağlı ciddi dəyişiklik: Hansı hallarda 15 vəya 10 faiz geri qaytarılacaq

2019-cu ildən etibarən ticarət və iaşə obyektlərində nağdsız formada edilən ödəniləcək məbləğin Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsi ödəniş edənlərə qaytarılması gözlənilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Aydın Hüseynov bildirib ki, bu məsələ Vergilər Məcəlləsində ediləcək dəyişikliklərdə təklif edilir: “Bu addım nağdsız ödənişlər üzrə ödənişin stimullaşdırılmasına, şəffaflığın təmin edilməsinə, eyni zamanda, “kölgə iqtisadiyyatı”nın minumuma endirilməsinə xidmət edəcək. Çünki nağd vəsait dövriyyədə nə qədər çox olarsa, bu, inflyasiya şəraiti yaradır. Nağd ödənişlər şəffaflığın təmin olunmasında, uçotların aparılmasında müəyyən problemlər yaradır. Nağdsız ödənişlər bunun qarşısının alınmasında ən düzgün vasitələrdən biridir. Buna görə də Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən nağdsız formada hər hansı bir vətəndaş ticarət və iaşə obyektlərində alış-veriş edirsə, sadalanan iqtisadi göstəricilərlə yanaşı, vətəndaşın özü də burada qazanacaq. Fiziki şəxslər nağdsız alış-veriş zamanı ƏDV-nin 15 faizini, nağd alış üzrə isə 10 faizini geri ala biləcək. Hüquqi şəxslər isə məbləğin 18 faizini geri ala biləcək. Getdikcə nağd ödənişlərinin minumuma endirilməsi, eləcə də bütün ödənişlərin nağdsız şəkidlə həyata keçirilməsi vətəndaşın da büdcəsinə qənaət qazandıracaq. İnsanlar özü də bu prosesdə maraqlı olacaq.

Vəsaitin hansı formada qaytarılmasına gəlincə isə, deputat qeyd edib ki, bunun müxtəlif üsulları var: “Bildiyimiz “tax free” forması da var. Ancaq dəqiq mexanizmlər işlənib hazırlanacaq. Gələn ilin vergi islahatları sahəsində bu addımların da atılması gözlənilir”.

Mənbə:  Qafqazinfo.az

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər