Vergi ödəyicisinin bank hesabı açmasının A-dan Z-yə prossesi

Vergi ödəyicisinin bank hesabı açmasının A-dan Z-yə prossesi

Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınmaq haqqında ərizə ilə ilk növbədə vergi orqanına müraciət etməlidirlər. Xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınmaq haqqında şəhadətnamə aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verə bilərlər.  Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə iki gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda verilir. Borc varsa, tam ödənilməli və yalnız bundan sonra prosedurlar həyata keçirilməlidir.

Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə təqdim etdikdən sonra məlumatları bir gün müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Vergilər Nazirliyinin müəyyən etdiyi formada  elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir. Banklar hüquqi şəxslər üçün, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat təqdim etdikdən sonra bank hesabları açırlar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla). Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda (bankın filialında) hesab açmaq olar. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.

Banklar hüquqi və fiziki şəxs­lərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasını təmin edirlər. Şəhadətnamə-dublikat iki hissədən ibarət olur. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə müvafiq qeydlər aparıldıqdan sonra vergi orqanına göndərilir. Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan sonra göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətinə həmin məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə  elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

Şəhadətnamə-dublikatın bildiriş hissəsi bank idarəsi tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə edilmədikdə geri alınır və hesabın açılmaması barədə bankdan daxil olmuş rəsmi məlumata əsasən, onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər aparılır.

Mənbə: "Vergilər" qəzeti

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

 

0 Komment

    Şərh yazın

    Xəbərlər