Vergi orqanların müşahidəsi: Sahibkarlar Cinayət Məcəlləsinin 192-ci maddəsindən sui-istifadə edirlər

Vergi orqanların müşahidəsi: Sahibkarlar Cinayət Məcəlləsinin 192-ci maddəsindən sui-istifadə edirlər

Vergi orqanlarının apardıqları müşahidələr göstərir ki, bəzi sahibkarlar cəzaların yüngülləşdirilməsindən, nəzarət tədbirlərinin azaldılmasından sui-istifadə etməyə çalışırlar. Məsələn, 2016-cı il iyunun 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərdən daha çox sui-istifadə etməyə meyillilik müşahidə olunur. Məcəllənin 192-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş sahibkarlar cinayət məsuliyyətindən azad olunurlar. Vergidən yayındırılmış məbləğ 20.000 manata qədər olduqda vergidən yayınan şəxslər cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb edilirlər. Həmin məbləğ, yəni cinayət nəticəsində əldə edilmiş gəlir tamamilə dövlət büdcəsinə köçürüldükdə sahibkarlar cinayət məsuliyyətindən azad olunur. Qeyd edək ki, əvvəllər iqtisadi fəaliyyət sahəsinə aid cinayət məsuliyyəti yaradan hədd 1000 manat müəyyən edilmişdi. Dəyişikliklərdən sonra həmin məbləğ 20 dəfə artırılıb . Bu, sahibkarlar üçün «iqtisadi amnistiya» hesab oluna bilər və dövlətin onlara yaratdığı ən yaxşı imkanlardan biridir.

Bundan başqa, hökumət 2016-cı ildə sahibkarlıq fəaliyyətinə digər güzəştlər etməklə onların fəaliyyətinin stimullaşdırılmasına geniş şərait yaradıb. Əvvəllər hansısa sahibkarlıq subyektinin dövriyyəsinin gizlədilməsinə görə yüksək cərimələr və həbs-qətimkan tədbiri tətbiq olunurdusa, cari ilin ortalarından başlayaraq onlara qarşı sərt tədbirlər xeyli yüngülləşdirildi. İlk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini törətmiş şəxslər əldə etdikləri qanunsuz gəliri və ya vurduqları ziyanı dövlət büdcəsinə tamamilə ödədikdə məsuliyyətdən azad olunurlar.

Mənbə: "Vergilər" qəzeti

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]
 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər