01 iyul 2018-cil il tarixdən xaricdən gələn mobil cihazlara vergi necə tənzimlənəcək?

01 iyul 2018-cil il tarixdən xaricdən gələn mobil cihazlara vergi necə tənzimlənəcək?

Sual: Cənab Prezidentin yeni verdiyi sərəncam və imzaladığı fərmana əsasən ölkəyə xaricdən gətirilən mobil cihazlara vergi tətbiq olunacaq. Mən bilmək istəyirəm bu vergi nə vaxt tətbiq olunacaq? Həmin vergi tətbiq olunan vaxta qədər biz mobil cihazları əvvəlki qaydada dövlət rüsumu ödəyərək qeydiyyatdan keçirə bilərikmi? Sərəncamda verginin qanuna uyğunlaşdırılmasına 3 ay vaxt verilib....Bu nə deməkdir, yəni 3 ay müddətinə verginin məbləği müəyyənləşdirilənə qədər biz telefonlarımızı əvvəlki qaydada qeydiyyatdan keçirə biləcəyikmi? Ümumiyyətlə bu sərəncam və fərman haqqında bir anlaşılan izah versıniz çox sevinərəm.

Mirfail Məmmədov Faiq, [email protected], Saatlı (10.07.2018)  

Cavab:  Bildiririk ki, mobil cihazların qeydiyyata alınması zamanı dövlət rüsumunun tətbiqini tənzimləyən ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Qeyd olunan qanuna əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və ƏDV tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tutulmalı, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri isə hər il üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunmalıdır.

Mobil cihazların qeydiyyatı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Bax: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 27 iyun 2018-ci il tarixli 1187-VQD nömrəli Qanunu, ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli 149 nömrəli Fərmanı.

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər