Vergi borcları ilə bağlı olan 65.1-ci maddənin misallarla izahı

Vergi borcları ilə bağlı olan 65.1-ci maddənin misallarla izahı

Satışı yekunlaşan amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Vergi Məcəlləsi: Ümimi hissənin izahı” (III nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Vergi Məcəlləsinin 65-ci maddəsi vergilər üzrə borcların alınması qaydasını tənzimləyir. Bu  maddədə əsasən bank hesabları üzrə vergi borcunun alınması prosesi tənzimlənir. Vergi ödəyicisinin borcu iki halda yarana bilər:

- vergi ödəyicisi bəyan etdiyi halda

Mİsal 1.  Vergi ödəyicisi 2020-ci ilin 3-cü rübü Sadələşdirilmiş vergi bəyannaməsi üzrə 320 manat vergi öhdəliyinin yarandığını bəyan edir. Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisinin vergi öhdəliyi üzrə məbləğdən artıq ödəməsi olmadığı halda, 21 oktyabr 2021-ci il tarixdən vergi borcunun ödəmə müddəti keçmiş hesab edilir.

Mİsal 2.   Vergi ödəyicisi 2020-ci ilin dekabr ayında 2020-ci ilin 2-cü rübü üzrə  “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”nin dəqiqləşdirimiş hesabatını təqdim edir. Bu halda vergi ödəyicisinin ödənilməmiş vergi borcu və faizlərinin yaranması ehtimalı var.

Mİsal 3.  Vergi ödəyicisinin 2019-cu il də gəlir (mənfəət) vergisi 22000 manat təşkil edib.Vergi ödəyicisi 151.1-ci maddəni seçdiyi üçün 2020-ci ilin 4 rübü üzrə 5500 manat (22000 manat / 4) cari vergi ödəməsini həyata keçirəcək.

Vergi ödəyicisi 2020-ci ilin 2, 3 və 4-cü rübü üzrə hər hansı məlumat verməsə belə, vergi orqanı tərəfindən vergi ödəyicisinin cari vergi öhdəliyi şəxsi hesab vərəqəsinə işləniləcək. Amma bu halda vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi öhdəliyi hesablanır.

- Vergi orqanı tərəfindən hesablandığı halda

Mİsal 1.  Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi hesabat və ya əlaqəli məlumatlar əsasında kameral vergi yoxlaması nəticəsində 280 manat məbləğində əlavə vergi hesablayıb.

Mİsal 2.  Vergi orqanı operativ vergi nəzarəti nəticəsində vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura olmadığına görə 2300 manat məbləğində maliyyə sanksiyası hesablayıb.

Vergi orqanı vergi ödəyicisinin vaxtı keçmiş vergi borcu, gecikmə günlərinə görə faiz və ya vergi qanunverciliylinin pozulmasına göə maliyyə sanksiyası yarandıqda, həmin borcların 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər