Millət vəkilindən Vergi Məcəlləsində təklif edilən dəyişikliyə ETİRAZ

Millət vəkilindən Vergi Məcəlləsində təklif edilən dəyişikliyə ETİRAZ

“Bu layihə sosial ədaləti pozur. Belə çıxır ki, küçəni süpürən, 500 manat maaş alan adam vergi ödəyəcək, 8 min manata qədər maaş alan İT mütəxəssisi gəlir vergi ödəməyəcək?” Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat təklif edib ki, ehtiyac varsa, İT mütəxəssislərinin maaşı qaldırılsın: “Dünyanın hər yerində çox qazanan daha çox vergi ödəyir. Azərbaycanda sanki bunun əksi prosesi gedir. Azərbaycanda son zamanlar vergi və rüsumlardan azad olunma nəzərdə tutulub. Fiziki və hüquqi şəxslərin vergi və gömrük rusumlarından büdcəyə təxminən 7-8 milyard manat daxil olmalıdır. Bu tendensiya davam edir. Büdcəyə bəs kim vəsait ödəməlidir? 300-500 manat maaş alanlar? Bu qanun sosial ədaləti pozur, Konstitusiyaya ziddir. Mən bu qanunun əleyhinəyəm”.
Qeyd edək ki, Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərinə vergi güzəştləri tətbiq ediləcək. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aşağıdakı qaydada tutulacaq:
- 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi;
- 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi.
Bu sahədə fəaliyyət göstərən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərin gəlir vergisindən, hüquqi şəxslərin isə mənfəət vergisindən azad edilməsi, onlar tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən 10 il müddətinə ödəmə mənbəyində verginin tutulmaması, həmin şəxslərə əmlak və torpaq vergisi sahəsində azadolmaların şamil edilməsi də təklif olunur.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər