Hansı yeni ödənişin güzəştli vergi tutulan ölkəyə ödənişi zamanı ödəmə mənbəyindən vergi tutulmayacaq? (3-cü yazı)

Hansı yeni ödənişin güzəştli vergi tutulan ölkəyə ödənişi zamanı ödəmə mənbəyindən vergi tutulmayacaq? (3-cü yazı)

1 yanvar 2023-cu il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin şərhi mks.az-da

 

Hər il olduğu kimi mks.az saytı olaraq növbəti ildən Vergi Məcəlləsində təklif edilən dəyişikliklərin şərhini həmkarlarımızın diqqətinə çatdırıcaq. Öncədən qeyd edək ki, şərh olunan dəyişikliklər layihə olduğundan hələlik Milli Məclis tərəfindən təsdiqlənməyib.

Vergi Məcəlləsinin 13.2.6.14-1-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlir hesab edilir. Həmin maddə də 9 hal qeyd edilir ki, həmin hallarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir.

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, yuxarıda qeyd etdiyimiz 9 hala yenisi əlavə edilməsi nəzərdə tutulur:

13.2.16.14-1-ci maddənin 9-cu hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:

 “10. qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürülməsi (verildikdə).

Dəyişiklik təsdiq olduğu halda, qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köcürülməsi (verilməsi) halı üzrə  güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilməyəcək.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

 

Tematik təlim
 

Mövzu:  " Tabel uçotu və müəssisədaxili intizam qaydaları: Tələblər və Rəsmiləşdirmə"

Zaman: 19 noyabr 2022-ci il tarixdə, saat 15:00-da.

Qeydiyyat üçün: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər