İşəgötürən işçiyə borc verərsə, həmin məbləğ onun gəliri hesab edilməlidir?

İşəgötürən işçiyə borc verərsə, həmin məbləğ onun gəliri hesab edilməlidir?

  • Dövlət Vergi Xidməti suala aydınlıq gətirir

    Sual. İşəgötürən öz işçisinə 1000 manat məbləği 0 faiz ilə borc vermişdir. Bu zaman Vergi məcəlləsinin 98.2.1 bəndinə əsasən işçinin gəliri hesab olunmalıdırmı və əgər olunmalıdırsa bu zaman ondan sosial sigorta haqqları tutulmalıdırmı? Tutulmalıdırsa, bu zaman tutulmanı kim həyata keçirməlidir və bəyannamədə necə əks olunmalıdır?

    Cavab:  Bildiririk ki, Vergi Məcəlləsinin 98.2.1-ci maddəsinə əsasənfiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq onun muzdlu işlə əlaqədar alınan gəlirinə aid edilməklə Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq gəlir vergisinə və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən isə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

    Belə ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

    Eyni zamanda “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsində nəzərdə tutulan muzdlu işdən aylıq gəlirlərə Vergi Məcəlləsinin 98.2-ci maddəsində göstərilən gəlirlər aid edilir.

    Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi.

     

0 Komment

    Şərh yazın

    Xəbərlər