Mühasiblərin və mütəxəssislərin sualla qarşılaşdıqları hallardan biri də dividend ödənişlərindən 10% verginin tutulub-tutulmaması ilə bağlıdır. Məsələyə sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Bəzi mütəxəssislərin qənaətinə görə, hüquqi şəxsin təşkilati hüquqi forması səhmdar cəmiyyətidirsə, avtomatik olaraq ona Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsini tətbiq etmək olar. Yəni səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividenddən 10% vergi tutulmamalıdır.