Çərşənbə axşamı, 26 Aprel 2022 10:15

Vergi Məcəlləsində “ictimai iaşə fəaliyyəti” anlayışının izahı və tələbləri

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

 13.2.56. ictimai iaşə fəaliyyəti

Vergi Məcəlləsində ticarət fəaliyyəti ilə yanaşı, ictimai iaşə fəaliyyətinə də aydınlıq gətirilib. Vergi Məcəlləsinin 13.2.56-cı maddəsinə əsasən, fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti ictima iaşə fəaliyyəti sayılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə ictimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydası” təsdiq edilib.

İndi isə, ictimai iaşə fəaliyyətinə aid misalları təqdim edək.

Mİsal 1. Vergi ödəyicisi qida məshulları olan balıqların topdan və ya pərakəndə satışını həyata keçirir. Baxmayaraq ki, təqdim edilən mallar qida ilə bağlıdır, amma satış olduğu üçün ictimai iaşə fəaliyyətinə aid edilmir.

Mİsal 2. Otel fəaliyyəti həyata keçirən vergi ödəyicisi müştərilərini qida ilə də təmin edir. Müştərilərin yeməklə təmin edilməsi ictimai iaşə fəaliyyəti hesab edilsə də, bu halda vergi ödəyicisinin fəaliyyəti ictimai iaşə hesab edilmir.

Mİsal 3. Vergi ödəyicisi xidmət obyektində müştəriləri yeməklə təmin edir. Bu zaman müştərilərə istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsulları təklif olunur. Müştəri əldə etdiyi qida məhsullarının hər hansı satışını həyata keçirmək üçün yox, istehlak məqsədilə qəbul edir. Bu, artıq ictimai iaşə fəaliyyətidir.

Qeyd edək ki, Vergi Məcəlləsində ictimai-iaşə fəaliyyəti ilə bağlı təsbit olunan tələblər və vergi dərəcələri fərqlidir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, müəyyən istisnalar nəzərə alınmaqla ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir.  

Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 mart 2020-ci ildə “Fiziki şəxs olan istehlakçıların ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması qaydaları” təsdiq edilib.

Kafe və restoranlarda nağd hesablaşmalar zamanı birmənalı olaraq NKA aparatı tətbiq edilməlidir.  Əgər ictimai-iaşə fəaliyyətini həyata keçirən ƏDV ödəyicisidirsə, o zaman NKA çeki üzrə ƏDV-nin müəyyən hissəsi geri qaytarıla bilər. İctimai-iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin ƏDV qeydiyyatı ilə bağlı müəyyən güzəştlər də nəzərdə tutulub. Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş də  vergi ödəyici olmaq hüququna malikdir.

Qeyd edək ki, digər əksər (ticarət, istehsal, xidmət və s.) sahələrdə çalışan vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda ƏDV üzrə məcburi qeydiyyat yaranır. Amma bu halla rastlaşan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyicisi kimi qalır və vergini 8 faiz vergi dərəcəsi ilə hesablayırlar. 

Mİsal. Ardıcıl 12 aylıq dövriyyəsi 200 000 manatdan az olan və ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisinin son hesabat ayında dövriyyəsi 30 000 manat olub. Bu halda vergi ödəyicisinin sadələşdirilmiş vergi öhdəliyi 600 manat (30 000 manat x 2 faiz) olacaq. Hesabat dövrünün göstəricilərinə əsasən, vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olub. Bu zaman vergi ödəyicisinin ərizəsinə uyğun olaraq, ƏDV qeydiyyatına alınmayaraq, ictimai-iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyətini davam edəcək. Sadəcə, bu halda vergi ödəyicinin növbəti ayda dövriyyəsi 30 000 manat olarsa, artıq sadələşdirilmiş verginin dərəcəsi 2 faiz yox 8 faiz olduğundan, sadələşdirilmiş verginin məbləği 600 manat yox, 2400 manat (30 000 x 8 faiz) olacaq.

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Şərh yazın