Hansı halda təhtəlhesab şəxs aylıq limitdən yuxarı vəsait xərcləyə bilər?

Hansı halda təhtəlhesab şəxs aylıq limitdən yuxarı vəsait xərcləyə bilər?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Qaydanın 2.6-cı bəndində təqvim ayı ərzində təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləğləri ilə bağlı aşağıdakı istisnalar qeyd edilib:

- “Nağdsız hesablaşmalar” haqqında AR Qanununun 3.5-ci maddəsində göstərilən malların alışı;

Həmin qanunun 3.5-ci maddəsinə əasən, vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada alınan aşağıdakı mallar üzrə məxaric aylıq limitə daxil edilmir:

- kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

- əlvan və qara metal qırıntılarının qəbulu;

- utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

- utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

- xam dərinin tədarükü (alışı).

Mİsal. ƏDV ödəyicisi ay ərzində kassadan təhtəlhesab şəxsə 40 000 manat məbləğində vəsait məxaric edib. Onun 12 000 manatı kənd təsərrüfatı məhsullarının istehsalçılarından məhsulların qəbuluna sərf olunub. Bu halda aylıq məxaric 40 000 manat olsa da, limit həddi aşılmayıb.

- vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi

Mİsal. Sadələşdirilmiş vergi ödəyicisi təqvim ayı ərzində təhtəlhesab şəxs vasitəsilə  40 000 manatı vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsinə sərf edib. Təbii ki, dövlət qurumlarının özünə ödənişlər birbaşa olmadığı üçün, həmin vəsaitlər poçt, yığım qəbul edən qurumun bank hesabı və (və ya) ödəniş terminalları vasitəsilə həyata keçirilib. Bu halda vergi ödəyicisi nağd əməliyyatlar üzrə qaydaları pozmuş sayılmır, çünki təqvim üçün aylıq limitə vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi məbləğləri daxil edilmir.

- bank hesabına pul vəsaitinin mədaxil olunması üçün təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği

Bu hal vergi ödəyicisinin kassa hesabına yığılan vəsaitlərin bank hesabına qoyulması ilə bağlıdır.

Mİsal. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin 2021-ci ilin fevral ayı ərzində kassasına daxil olan 25000 manat vəsait təhtəlhesab şəxs vasitəsilə bank hesabına yerləşdirilib. Sadələşdirilmiş vergi ödəyicisinin aylıq limitinin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə 15 000 manat müəyyən edilməsinə baxmayaraq, 25 000 manat təhtəlhesab şəxs vasitəsilə bank hesabına yerləşdirildiyi üçün limitə aid edilməyəcək.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər