Ümidsiz borc hansı halllar olması halda silinməsinə icazə verilir?

Ümidsiz borc hansı halllar olması halda silinməsinə icazə verilir?

Sual: Salam. Sualım Vergi Məcəlləsinin 93-cü maddəsinə əsasən, ümidsiz borcların silinməsi ilə bağlıdır. Belə ki, müştəriyə 1000 manat məbləğində (ƏDV xaric) mal təqdim olunmuş və bu əməliyyata görə 180 manat ƏDV hesablanmışdır. Lakin sonradan bu müştərinin müflis olduğu və borcu ödəməyəcəyi aşkar edilmişdir. Bu halda ümidsiz borc kimi xərcə 1000 manat və ya 1180 manat silinməlidir? Öncədən təşəkkür edirik.

Orxan Həşimov Səfər, [email protected], Bakı şəhəri (24.08.2018) (Oxunub: 14 dəfə, ID: 17291)

Cavab: Bildiririk ki, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar əvvəllər gəlir kimi vergiyə cəlb olunmuş, lakin sonrakı dövrlərdə ödənilməmiş debitor borcları ümidsiz borc hesab olunur və müvafiq məbləğ gəlirdən çıxılır.

Bu halda:

- verg ödəyicisi uçotu hesablama metodu ilə aparmalı;

- debitor borc yalnız malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əmələ gəlməlidir;

- ümidsiz borc kimi silinən məbləğ əvvəlki debitor borcun yarandığı dövrdə gəlir kimi nəzərə alınmalı və vergiyə cəlb olunmalıdır.

Qeyd olunan şərtlər yerinə yetirildikdə vergi ödəyicisi ümidsiz borc kimi təsnifləşdirilən debitor borcu ümidsiz borc kimi təsdiqləndiyi və mühasibat kitablarında sildiyi halda gəlir (mənfəət) vergisinin məqsədləri üçün xərc kimi nəzərə ala bilər.

Ümidsiz borc məbləğinin silinməsi barədə təfərrüatlı məlumatın alınması üçün borcun predmeti ilə bağlı zəruri sənədləri əlavə etməklə Vergilər Nazirliyinə rəsmi qaydada müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 111-ci maddəsi.

0 Komment

    Şərh yazın

    Xəbərlər