Maddi yardımın gəlir vergisi ilə bağlı Maraqlı məqam

Maddi yardımın gəlir vergisi ilə bağlı Maraqlı məqam

Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında

Sual: Hörmətli, Monitor Konsaltinq. Dəyərli Altay Cəfərovun müəllif olduğu “Əmək Münasibtətləri: A-dan Z-yə” kitabında maddi yardımla bağlı məsələ diqqətimi cəlb edib. Həmin kitabda qeyd edilib ki, işçinin müalicə xərci üçün ödənilən 1400 manatın 1000 manatı gəlir vergisindən azaddır, 400 manat isə işçinin gəliri hesab edilir.  Sualım ondan ibarətdir ki, 400 manat müəssisə tərfindən xəstəxananın hesabına pul köçürülürsə, nəyə görə bu məbləğ işçinin muzdlu işlə əlaqədar vergi tutulan gəlirinə aid edilməlidir? Fikrimcə, 400 manat işçinin gəliridir, amma vergi tutulan gəliri deyil.

Rəşad 

Cavab: Sualı cavablandırmaq üçün Vergi Məcəlləsinə baxmalıyıq. Məcəllənin 98-ci maddəsində muzdlu işdən əldə olunan gəlirlərin açıqlanması verilib. Həmin maddəyə diqqətlə baxsaq, görərik ki, maddi yardımlar, təhsil haqları, hədiyyələr fiziki şəxslərin (işçilər də fiziki şəxs anlayışına aid edilir) gəlirləri sayılır. Bundan əlavə, 102-ci maddədən eyni nəticə çıxır. 102-ci maddədə belə gəlirlərin hansi hissəsinin vergilərdən azad olunduğu məsələlərinə toxunulub.

Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər

102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:

102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar:

102.1.3.1. hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik  müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik  müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi;

Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.

102.1.3.2. hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri;

Deməli, müalicə xərcləri kimi maddı yardımın 1000 manat hissəsi gəlir verigisindən azad olunur, qalan hissəsi isə vergiyə cəlb olunmalıdır. Həmçinin, bu güzəştin verilməsi üçün müvafiq müalicə orqanından təsdqiedici sənədlər daxil olmalıdır ki, bundan sonra vəsait ödənilsin. Fikrimcə, əsaslandırma müvafiq maddələrlə təqdim olunduğuna görə, 400 manatın vergiyə cəlb olunması doğrudur.

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabı SATIŞDA

Kitab 19 fəsildən, 464 səhifədən ibarətdir. Praktiki vəsaitdir, sadə və anlaşıqlı dildə yazılıb, işçinin işə götürülməsindən başlayaraq işəgötürən tərəfindən aparılmalı olan, dövlət qurumları qarşısında hesabatlılıq da daxil olmaqla, bütün prosedurları əhatə edir, hesablamalar və nümunəvi formalarla zəngindir. İndiyədək 6 dəfə təkmilləşdirilərək nəşr olunub. Sonuncu nəşri 12 fevarl 2018-ci ilə təsadüf edir. Hazırda satışı davam edir.

Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.

Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər